Belə məhəbbətin ifratı olmur
Mьəllif: admin1
Tarix: 2-01-2020, 19:17
Belə məhəbbətin ifratı olmur
Sevgi – çox özünəməxsus bir hissdir. Bu hissdə etidala riayət etmək – bəyənilən əməllərdəndir. Sevgi hissində ifrat baş verdikdə, insan qeyri-adekvat davranış sərgiləyir.

Ancaq həqiqi eşq vadisində vəziyyət çox fərqlidir. Bu vadidə eşq hər nə qədər şiddətli olarsa, insan daha kamil hesab olunar. Hər kimin eşqi şiddətli olarsa, ona aşiq deyərlər.

Əlbəttə, eşq dedikdə, məqsəd – həqiqi eşqdir. Həqiqi eşq isə ancaq Allaha aiddir.

Ancaq Allaha olan eşqdə həddi aşmağa icazə verilir. Qurani-Kərimdə buyurulur: “İnsanların bəziləri Allahın yerinə (bütlərdən, ulduzlardan və cinlərdən) şəriklər seçərək, onları Allahı sevməli olduqları kimi sevərlər.

Lakin iman gətirənlərin Allaha olan məhəbbətləri (onların öz məbudlarına olan məhəbbətlərindən) daha çoxdur. Əgər zülm edənlər (axirət) əzabı(nı) müşahidə etdikləri zaman həqiqətən bütün qüdrət və gücün Allaha məxsus olmasını və Allahın şiddətli əzab verən olmasını görsələr (çox peşiman olacaqlar)”. (“Bəqərə” 165).

Alimlərin nəzərinə görə, o zaman ki, həqiqi eşq insan qəlbində çiçək verər, hər şey onun gözündə dəyişər. Misal üçün, əşyaların xüsusiyyətləri, onların arasında olan rabitə hər şey yeni cilvəyə bürünər.

Bu, ona görədir ki, aşiq özü üçün başqa dünya yaratmışdır, hər şeyi məşuqunun gözü ilə ölçüb-biçir. Eşqi hər an artmaqdadır. Hiss edir ki, məşuqunu daha çox razı salır.

İfrat və təfrit o yerdə məna tapır ki, insan, bir insanı sevər və bu insan ancaq özü barəsində və özünün mənfəəti barəsində düşünər. Beləsi hər şeyə öz istədiyi kimi, özünə xoş gəldiyi kimi baxar.

Ancaq həqiqi aşiq belə deyildir. Onun gözü – məşuqunun gözü və qulağı – məşuqunun qulağı, dili – məşuqunun dili olar. Özündən bir şey olmaz və hər nə edərsə, məşuqunu razı salmaq üçün edər.

Bu cür insanın qəlbi diri olar və qəflətdən uzaq olar. Hər cür həvəs ona yaddır. Bu dünyada o, ancaq məşuqunu və onun istəklərini görər.

Bəli, bu uca məqam hər kəsə lütf olunmur.

Allah bizləri də həqiqi aşiqlərdən qərar versin



/Deyerler.org/

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031