Agah insanın nişanələri hansıdır?
İnsanın qəlbi bir çox amillər vasitəsilə aramlıq əldə edər. Onlardan biri də elm və agahlıqdır. Agahlığın nişanələrinə diqqət yetirək:
1. O kəs ki, hər işinə görə hesaba çəkiləcəyini bilər. “Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir”. (“Zəlzələ” 7). 2. O kəs ki, Allahın rəhməti sayəsindən xəlq olduğunu bilər. “Sənin Rəbbinin rəhm etdiyi (iman və birlik qismət etdiyi) kəslər istisna olmaqla. Və onları elə buna görə yaratmışdır. Rəbbinin «şübhəsiz, Cəhənnəmi (azğın) cin və insanlarla büsbütün dolduracağam» kəlməsi (əzəldən) qəti və tamam olmuşdur”. (“Hud” 119). 3. O kəs ki, Allahın, zalımların pusqusunda dayandığını bilər. “Həqiqətən də, sənin Rəbbin (onlara) nəzarət edir”. (“Fəcr” 14). 4. O kəs ki, Allahın müdrik və hikmətli olduğunu bilər və bilər ki, Allah heç bir şeyi səbəb olmadan xəlq etməmişdir. 5. O kəs ki, yolunun aydın və gələcəyinin daha yaxşı olacağını bilər. “Halbuki, axirət daha xeyirli və daha baqidir”. (“Əla” 17). 6. O kəs ki, İmamının (ə) kamil, məsum və Allah tərəfindən təyin edildiyini bilər. “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?». Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124). 7. O kəs əməllərinin çoxlu savaba malik olduğunu bilər. “Mallarını Allah yolunda xərcləyənlərin (bu xərclərinin) misalı yeddi sünbül cücərdən və sünbüllərinin hər birində yüz (ədəd) dən olan toxum kimidir. (Deməli, Allah yolunda sərf edilən hər bir şeyin yeddi yüz qat mükafatı vardır). Allah istədiyi (və hikmətinin tələb etdiyi) şəxs üçün neçə qat artırır. Allah geniş (vücud, qüdrət və rəhmət sahibi) və biləndir”. (“Bəqərə” 261). 8. O kəs ki, Allahın saleh əməl sahiblərini sevdiyini bilər. “Yaxşılıq edin ki, şübhəsiz, Allah yaxşılıq edənləri sevir”. (“Bəqərə” 195). 9. O kəs ki, xeyir işlərinin aşkar və pis işlərinin gizli qaldığını bilər. Allah Təala bizləri agahlardan qərar versin! (Deyerler.org) Oxşar xəbərlər
|