Onlar Allah yolunda döyüşürlər ki, öldürsünlər və öldürülsünlər
Allah-Taala Qurani-Kərimin “Tövbə” surəsinin 111-ci ayəsində buyurur:
إِنَّ اللّهَ اشْتَرَى مِنَ الْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَالَهُم بِأَنَّ لَهُمُ الجَنَّةَ يُقَاتِلُونَ فِي سَبِيلِ اللّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالإِنجِيلِ وَالْقُرْآنِ وَمَنْ أَوْفَى بِعَهْدِهِ مِنَ اللّهِ فَاسْتَبْشِرُواْ بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُم بِهِ وَذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ “Həqiqətən, (Allah) möminlərin canları və mallarını Behişt bahasına onlardan almışdır. Onlar Allah yolunda döyüşürlər ki, öldürsünlər və öldürülsünlər. Tövratda, İncildə və Qurandakı haqq vəd Allahın öhdəsindədir. Əhdinə Allahdan da vəfalı olan kimdir?!” Beyət etməyinizə vasitə olan bu alış-verişə görə sizə müjdə olsun. Bu, həmin böyük qurtuluşdur.” Dünya bir bazardır, insanlar isə tacir. İnsan satıcıdır, Allah isə alıcı. Satılan şey insanın malı və canıdır. Mal və canın dəyəri isə Behiştdir. İnsan canını və malını Allaha satdıqda xeyir tapır, bir başqasına satdıqda zərərə düşür. Allahla ticarətin bir neçə imtiyazı var: özümüz, gücümüz, olanlarımız Allahdandır və bütün bunları Ondan başqasına vermək yaxşı deyil; Allah aza da müştəridir; Allah-Taala aldığı malın eybini örtür və insanı rüsvay etmir; Allah insanın malını və canını Behişt bahasına alır. Başqa bir qiymətə ticarət etmək axmaqlıq və zərərdir. İmam Əli (ə) buyurmuşdur: إِنَّهُ لَيْسَ لِأَنْفُسِكُمْ ثَمَنٌ إِلاَّ الْجَنَّةَ، فَلاَ تَبِيعُوهَا إِلاَّ بِهَا “Sizin qiymətiniz yalnız Behiştdir. Özünüzü ondan ucuz satmayın.” (“Nəhcül-bəlağə”, qısa kəlamlar 436.) Bildirişlər 1. Allah kimi alıcı olan yerdə nə üçün başqasının sorağına gedək? 2. Allah münafiq və kafirin yox, yalnız möminin müştərisidir. 3. Allah üçün canla cihad malla cihaddan öndə gəlir. (Var-dövlət hamıda olmasa da, can hamıda var.) 4. Behişt cihad, qılınc, can və malın Allaha təqdimi sayəsində əldə olunur. 5. Cihadda məqsəd Allaha yaxınlıq olsa, öldürməyin və ya öldürülməyin fərqi olmaz. 6. Mömin cihad səfərinə daim hazırdır. 7. Möminin savaşda məqsədi öncə batili aradan götürmək, sonra şəhadətə çatmaqdır. 8. Allahla ticarətdə xeyir mütləqdir. Allahla ticarətdə hər şey haqdır və insanın xeyrinədir. Başqaları isə bu işdə ya qeyri-ciddidir, qatqılıdır, ya həvəs, ya da rəqibi aşırmaq üçün addım atır. 9. Cihad, mücahidlər və şəhidlər təkcə İslamda dəyərə malik deyil. Tövrat və İncildə də eyni münasibət mövcuddur. Əgər bu gün həmin kitablarda qeyd olunan məsələ yoxdursa, bunun səbəbi həmin kitabların təhrif olunmasıdır. 10. Haqqımız olmasa da, Allah bizim üçün Öz öhdəsinə bəzi haqlar götürmüşdür. 11. Ticarət zəruri bir əqddir və ona vəfa qılmaq vacibdir. 12. Allah-Taala ticarətdə mücahidləri Özünə tərəf seçmişdir. 13. Ən böyük müjdə fənanın əbədiyyətə, dünyanın axirətə çevrilməsidir. Bundan savay nə varsa zərərdir. 14. Cihaddan qaçan münafiqləri tənqid etməklə yanaşı, mücahid möminlərə təşəkkür etmək lazımdır. 15. Ən böyük qurtuluş Allahla ticarət sayəsində əldə olunur. (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 5-ci cild, “Tövbə” surəsi, 111-ci ayənin təfsiri.) Maide.az Oxşar xəbərlər
|