Bu surəni oxuyana dünya və axirət xeyri əta olunar
1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:
مَنْ قَرَاَ سُورَهَ سَبَا لَمْ یَبْقَ نَبِىٌّ وَ لارَسُولٌ اِلاّ کَانَ لَهُ یَوْمَ الْقِیَامَهِ رَفِیقاً وَ مُصَافِحاً “Səbə surəsini oxuyan şəxs qiyamətdə bütün peyğəmbərlər və rəsullarla yoldaş olacaq, elə bir peyğəmbər və rəsul olmayacaq ki, onunla görüşməsin.” (“Məcməul-bəyan”, Səbə” surəsinin təfsiri, 8-ci cild, səh.375.) 2. İmam Sadiq (ə) buyurmuşdur: مَنْ قَرَاَ الْحَمْدَیْنِ جَمِیعاً، سَبَا وَ فَاطِر، فِی لَیْلَه لَمْ یَزَل لَیْلَتُهُ فِى حِفْظِ اللَّهِ تَعالى وَ کِلَاءَتِهِ فَاِنْ قَرَاَهُمَا فِى نَهَارِهِ لَمْ یُصِبْهُ فِى نَهَارِهِ مَکْرُوهٌ وَ اُعْطِىَ مِنْ خَیْرِ الدُّنْیَا وَ خَیْرِ الآخِرَهِ مَا لَمْ یَخْطُرْ عَلَى قَلْبِهِ وَ لَمْ یَبْلُغْ مُنَاهُ “Hər kim“Həmd”lə başlayan “Səbə” və “Fatir” surələrini gecə vaxtı oxuyarsa, həmin gecəni Allah-Taalanın pənahında qorunar və əgər həmin surələri gündüz vaxtı oxuyarsa, xoşagəlməz hadisə ilə üzləşməz, ona qəlbindən keçməyən, fikrinə belə gəlməyən dünya və axirət xeyri əta olunar.” (“Məcməul-bəyan”, Səbə” surəsinin təfsiri, 8-ci cild, səh.375.) Təbii ki, bu qədər savab təfəkkür və əməllə nəticələnən oxunuşa aiddir. Məlum olduğu kimi, hər kim bu surəni tilavət etsə, bu qədər biləcək ki, “Səba” qövmü Allahın onlara əta etdiyi saysız-hesabsız nemətlərə nankor olduqları zaman məişətləri cəhənnəmə döndü. Bu hadisə bir zərbi-məsəldir və sözsüz, oxucuya təsirsiz ötüşməyəcək. O çalışacaq ki, sahib olduğu nemətlərin şükrünü etsin. Şükür edən bəndələr də Allahın amanında qorunub-saxlanılır. (“Təfsiri-nümunə”, 18-ci cild, səh.3-6.) Maide.Az Oxşar xəbərlər
|