İmam Əlidən (ə) ayıldıcı buyuruşlar
İmam Əli (ə) kamil insanın sifətlərini bizə tanıtmışdır ki, onlarla tanış olaq.
İmam (ə) buyurur: “O kəs ki, öz eybinə baxar və başqalarının eybini tutmaqdan geri qalar. O kəs ki, Allahın ruzisinə razı olar – əlindən gedənlərə görə qəmlənməz. O kəs ki, zülm qılıncını çəkər – elə onunla öldürülər. O kəs ki, işində özünü əziyyətə salar – özünü həlak edər. O kəs ki, özünü bəlaya salar – qərq olar. O kəs ki, pis adı olan yerlərə addım atar – ittiham olunar. O kəs ki, çoxlu danışar – çoxlu səhv edər. O kəs ki, çoxlu səhv edər – həyası az olar. O kəsin ki, həyası az olar – təqvası da az olar və qəlbi ölər. O kəsin ki, qəlbi ölər – cəhənnəm atəşinə süqut edər. O kəs ki, insanların çirkin əməllərinə baxar və onu çirkin hesab edər, sonra özü də həmin çirkinliklərə düçar olarsa – deməli o, həqiqi axmaqdır. O kəs ki, ölümü çoxlu yada salar – dünyanın az şeyinə razı olar. O kəs ki, bilər danışığı da əməl hesab olunur – zərurət olmadan danışmaz”. (Deyerler.org) Oxşar xəbərlər
|