Əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar
Mьəllif: admin1
Tarix: 10-01-2023, 10:53
Əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar
Ustad Möhsün Qiraəti buyurur: Ən nadir və dəyərli əməl əməldə “ixlas”ın olmasıdır. Yəni işləri yalnız Allaha xatir səmimiyyətlə yerinə yetirmək və Ona heç bir şərik qoşmamaq.

Əksər hallarda şəxsi maraqları güdmək və ya başqalarının diqqətini və mənafeyini cəlb etmək, yaxud dünyəvi istəklər bizim əməllərimizin yönünü müəyyənləşdirir.

Əgər niyyətimizi saflaşdırsaq, o zaman qurtuluşa nail olmuş olarıq və həmin əməllər də bizə qalar.

İmam Əli (ə) buyurmuşdur:

Öz əməlini, biliyini, düşmənçiliyini, danışmağını və susmağını yalnız “Allaha xatir” saflaşdır.[1]

İbadətdə və namazda Allaha yaxınlaşma niyyəti olmalıdır. Hətta bu əməlin cüzi bir hissəsi Allahdan başqası üçün olsa, əməl batil olar və Allah-təalanın yanında qəbul edilməz.

Əgər namazı Allaha xatir qılsaq, lakin yer, zaman, qılmaq qaydası və s. kimi məsə­lələri Allahdan başqası üçün etsək, o zaman həmin namaz batildir. Allaha ibadətdə başqasını şərik qoşmaq olmaz. Quranda buyurulur:

Allaha ibadətdə heç kimi şərik qoşmayın.[2]

Hətta əgər cəbhədə bir döyüşçü qənimət­lər əldə etmək, özünü göstərmək və şücaətini nümayiş etdirmək və s. üçün döyüşərsə, bunun da heç bir dəyəri yoxdur.[3]

İnsanın əməlində ikiüzlülük və inamsızlıq olarsa, belə bir əməl bir hədisə görə, qaranlıq gecədə qarışqanın qara və bərk daş üzərində hərəkətindən daha təsirsiz və daha gizlindir…![4]

İmam Əli (ə) buyurmuşdur:

İxlas imanın ən yüksək zirvəsidir.[5]

İxlassız əməl zərərli və məhvə məhkum­dur. Sabit və saf niyyət insanın heç bir vaxt yorulmamasına və aciz qalaraq əldən düş­məməsinə səbəb olar.


[1] Ğurərul-hikəmin mündəricatı, “İxlas” sözü.

[2] Kəhf surəsi, 110-cu ayə.

[3] Muhəccətul-bəyza, 6-cı cild, səh.171.

[4] Tuhəful-uqul, səh. 487. İmam Əsgərinin (ə) sözlərindən.

[5] Ğurərul-hikəmin mündəricatı, “İxlas” sözü.


(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031