Bəndə, fədəkar, vilayət müdafiəçisi, qayğıkeş insan – Ali dini Rəhbər Həzrət Zəhra (s.ə) barədə
Ali dini Rəhbər “Əyyami-Fatimənin (s.ə)” yetişməsi münasibətilə Xanım (s.ə) haqqında bəzi həqiqətləri bəyan etmişdir ki, onlara nəzər salaq:
1. Xanımın (s.ə) həyat tərzi bizim üçün örnək olmalıdır. Ağa buyurur: “Mənim əzizlərim! Əziz cavanlar! Bu gün bizim ölkəmizdə doğru yaşamaq üçün şərait meydana gəlmişdir. Xanımın (s.ə) həyat tərzi bizim üçün örnəkdir: səyi, cihadı, pak yaşaması... O Həzrət (s.ə) bir parça nur və səfa idi”. 2. Bəndəliyində sadiq idi. “Demək istəyirəm ki, Həzrət Zəhranın (s.ə) dəyəri – Allaha bəndəliyində idi. Əgər Xanım (s.ə) Allah bəndəsi olmasaydı, ozaman Siddiqeyi-Kubra olmazdı. Siddiq nə deməkdir? Siddiq – o kəsdir ki, o şeyi ki, deyir və düşünür – ona sadiqcəsinə əməl edir. Hər nə qədər sədaqəti çox olarsa, insanın dəyəri bir o qədər çox olar”. 3. Xanım (s.ə) ibadət örnəyi idi. “Biz də gərək Xanımın (s.ə) yolu ilə gedək. Biz də güzəşt etməliyik, fədakarlıq etməliyik, Allaha itaət etməliyik, ibadət etməliyik. Xanımın (s.ə) mehrabda qaldığı qədər, biz də mehrabda qalmalıyıq”. 4. Fədakarlıq. “Məgər biz demirik ki, Xanım (s.ə) elə fədakarlıq etmişdir ki, “İnsan” surəsi onun ailəsinin barəsində nazil olmuşdir? Özü ac olmasına baxmayaraq, yeməyini yoxsula vermişdi. Biz də gərək belə iş görək”. 5. Həzrət Peyğəmbərə (s) ən çox bənzəyən insan. “Həzrət Zəhra (s.ə) haqqında nə desək, yenə də azdır. Həqiqətən nə deyəcəyimizi və nə düşünəcəyimizi bilmirik. Xanımın (s.ə) mücərrəd ruhu o qədər geniş və əlçatmazdır ki, onu dərk etmək mümkünsüzdür. Aişə deyir: “Heç kəsi sima, parlıltı, hərəkət, rəftar baxımından Fatimə (s.ə) qədər Peyğəmbərə (s) bənzəyənini görməmişəm”. 6. Əvvəl başqaları, sonra özümüz. “İmam Həsəndən (ə) gələn hədis hamıya bəllidir. O, anasına buyurur: “Özünə heç bir dua belə etmədin. Axşamdan səhərə qədər dua etdin, ancaq başqaları üçün”. Xanım (s.ə) cavab verir: “Əvvəl başqaları, sonra biz”. Bu, həmin ruhun ucalığından xəbər verir”. 7. Vilayəti müdafiə etməsi. “O Xanım (s.ə) – elm sahəsində də dahi bir alim idi. Mədinə məscidində dediyi xütbə barəsində Əllamə Məclisinin buyurduğu kimi, gərək bütün alim və fəqihlər bir yerə yığışıb, ona məna versinlər. O qədər geniş mənaya malik idi ki, “Nəhcul-bəlağə”nin sözləri kimi fəsahətli idi”. 8. Ərini bir dəfə də olsa incitməyən həyat yoldaşı. “Xanımın (s.ə) etdiyi cihad – nümunəvi bir cihad idi. O, İslamı, imaməti, vilayəti, Peyğəmbəri (s) müdafiə edərdi. İmam Əli (ə) üçün yaxşı həyat yoldaşı olmuşdur. İmam (ə) onun haqqında buyurur: “Fatimeyi-Zəhra (s.ə) – o qədər əzəmət və cəlallığı ilə, evində bir həyat yoldaşı və bir qadın idi. O cür ki, İslam buyurardı””. 9. Hamı üçün örnək idi. Əgər Xanımı (s.ə) tanıtmaq istəyirsinizsə, onu örnək qərar verin. Biz insanlar kamala meyil edərik. Əgər özümüzdə kamal yaratmaq istəyiriksə, gərək Xanıma (s.ə) nəzər salaq”. (Deyerler.org) Oxşar xəbərlər
|