Namaza münasibətə görə bölünən 4 dəstə insan
Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim dörd dəstədir: namazda səhlənkarlıq edənlər, namazı zay edənlər, namazı tərk edənlər və namazda müti olanlar”.
Gəlin, özümüzə baxaq görək hansı dəstədənik? Həzrət Peyğəmbər (s) buyurur: “Bir dəstə namaz qılar, ancaq namazlarında səhlənkarlıq edərlər. Ona görə də Veyl onlar üçündür”. Veyl – cəhənnəmin alt qatlarından birinin adıdır. Namazlarından səhlənkarlıq edənlər o kəslərdir ki, namazı qəbul edirlər, ancaq səhlənkarlıq edirlər. Onlar namazlarından qafildirlər və namaza əhəmiyyət vermirlər. Onun qəza olmasından qorxmazlar. Onlar namazın vaxtına diqqət etməz və namazın əhkam və şərtlərinə əməl etməzlər. Həzrət Peyğəmbər (s) namazı zay edənlər barəsində buyurur: “Bir dəstə namazı bəzən qılır, bəzən qılmır. Ona görə də Ğəyy onlara aiddir”. Ğəyy də cəhənnəmin alt qatlarından birinin adıdır. Namazı zay etmək odur ki, yəni bir işi elə görəsən ki, onun həqiqi təsiri zahir olmaz. Yəni olması ilə olmaması arasında heç bir fərq olmaz. Namazı zay etmək – onu xar hesab etməkdir. Ona oyuncaq kimi baxmaqdır. Onda dəyişiklik etməkdir. Həzrət Peyğəmbər (s) namazı tərk edənlər barəsində buyurur: “O dəstə ki, heç bir zaman namaz qılmayıblar, Səqər onlar üçündür”. Səqər də cəhənnəmin alt qatlarından birinin adıdır. Hər kim namaza əhəmiyyət verməz və onu tərk edər – Səqər əhlindən olar. Bu əməl naşükürlük, İlahi nemətə küfr etmək, dininin sütununa əməl etməmək günahına bərabərdir. Namazı tərk edənlərin özünü dörd dəstəyə bölürlər: 1. İnkar üzündən namazı tərk edənlər. 2. Səhlənkarlıq üzündən namazı tərk edənlər. 3. Bəzi vaxtlarda namazı tərk edənlər. 4. Vacibatı tərk edənlər. Həzrət Peyğəmbər (s) buyurur: “Ən çox oğru o kəsdir ki, namazından oğurlayar. Rüku və səcdəsini bütöv şəkildə yerinə yetirməz”. Bu insanları gözləyən bəlalar: 1. Allahın və Peyğəmbərin (s) amanında olmamaq. 2. Əməllərinin məhv olması. 3. Dininin viran olması. Həzrət Peyğəmbər (s) namazda müti olanlar barəsində buyurur: “Bir dəstə həmişə namaz qılarlar. Namazlarında mütidirlər”. Bu insanların yeri – behiştdir. Çünki həm dünya və həm də axirət xeyirini əldə etmiş olarlar. Ümid edirik ki, Allah bizləri də bu dördüncü dəstədən qərar versin və bizləri behiştdə görüşdürsün. Allah Təala Həzrət İbrahimin (ə) duasını yerinə yetirsin. «Ey Rəbbim, məni namaz qılanlardan et, həmçinin övladlarımdan (da namaz qılanlar et)! Ey Rəbbimiz, duamı qəbul et!». (“İbrahim” 40). /Deyerler.org/ Oxşar xəbərlər
|