Günah barədə Ayətullah Behcətdən tövsiyə
Bir nəfər Ayətullah Behcətdən ona nəsihət verməsini istəyir.
Ağa Behcət həmişə olduğu kimi zikr ilə məşğul idi və başını qaldırıb buyurur: “Bacardığınız qədər günah etməyin”. Sonra başını yenə aşağı saldı və zikrinə davam etdi. Bir müddət sonra başını qaldırdı və buyurdu: “Əgər bəzən günaha düçar olsanız da, səy göstərin ki, o günah haqqun-nas olmasın”. Sonra yenə zikrlə məşğul oldu. Bir müddət sonra yenə başını qaldırdı və buyurdu: “Əgər elə günaha düçar olmusansa ki, onda haqqun-nas vardır – səy göstərin bu dünyada onu aradan qaldırasınız. Axirət üçün saxlamayın ki, orada çətin olacaqdır”. Allah Təala bu tövsiyəyə riayət etməyi bizlərə də nəsib etsin. /Deyerler.org/ Oxşar xəbərlər
|