Qeybəti eşidən nə etməlidir?
Mьəllif: admin1
Tarix: 21-01-2020, 19:49
Qeybəti eşidən nə etməlidir?
Dinimizin nəzərinə görə, o kəs ki, qeybəti eşidər, qeybət edən kimi cəzaya malik olar. Məgər əgər qeybəti inkar edərsə, ya həmin şəxsin sözünü kəsərsə, ya məclisi tərk edərsə və ya qəlbində ona qəzəblənərsə – o zaman günah qazanmaz.

Əgər dilində deyərsə ki, sakit ol, ancaq qəlbində ona meyil edərsə – bu halda nifaq əhlindən sayılar. Ona görə də dindar insan müsəlman qardaşının qeybətini eşidən zaman, gərək onu inkar etsin. Əks halda o da günah qazanacaq və cəza alacaqdır.

Ona görə də deyə bilərik ki, qeybətə qulaq asmaq – onu etmək hökmündədir və hər kim bu qeybəti eşidən zaman onu inkar etməzsə, həmin şəxslə bu günahda şərik olar.

Çünki dini təlimlərimiz buyurur:

1. Qeybətə qulaq asan, qeybət edənin günahında şərik olar.

2. Qeybətə qulaq asmaq – qeybəti etmək kimidir.

3. O kəs ki, qeybətə qulaq asar – qeybət edənlərdən sayılar.

4. Qeybəti dinləyən – qeybət edənlərdən biridir.

Bəli, hər kim iştirak etdiyi məclisdə din qardaşının qeybətini eşidərsə və meyil ilə ona qulaq asar və inkar etməzsə – həmin günahda şərik olar. İnsan belə məclisdə əyləşən zaman nəfsi bu məclisə uyğunlaşar və ortaqlıq əldə edər. Belə bir məclis insan ruhuna zəhər kimi təsir edər.

“İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şeirlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.

Onların rüsvayedici bir əzabı olacaqdır”. (“Loğman” 6).

Beləliklə, qeybəti eşidən onu inkar etməli, qeybət edənlə razılaşmamalı, qeybəti ediləni müdafiə etməli, o cümlədən, həmin məclisi tərk etməlidir. Və hər bir halda, bu qeybətlə daxilən razılaşmamalı, ona meyil etməməlidir. Bu zəhərin onun vücuduna yayılmasına imkan verməməlidir.

Allah Təala cəmi müsəlmanları bu rəzil sifətdən amanda saxlasın!





/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031