Hər kim 'Yasin' surəsini gündüz gun batmazdan öncə oxuyarsa...
Qurani-Kərimin qəlbi adlanan “Yasin” surəsi 83 ayədən ibarətdir və Məkkə şəhərində nazil olmuşdur.
Elə buna görə də, bu surənin möhtəvası Məkkədə nazil olmuş digər surələrin möhtəvası ilə eynilik təşkil edir; yəni tövhid, məad, vəhy, Quran, xəbərdarlıq və müjdələrdən bəhs edir, eyni zamanda bir sıra qiymətli elmi fikirlər də irəli sürür, 38-40-cı ayələrdə Günəşin, Ayın və digər göy cisimlərinin hərəkətinə dair dəyərli fikirlər bildirilir ki, alimlər onları neçə əsrlər keçdikdən sonra əldə edə bilmişlər. 1. Rəvayətlərə əsasən, “Yasin” surəsi Qurani-Kərimin ən mühüm surələrindən biridir və hədislərdə “Quranın qəlbi” adlandırılmışdır. Peyğəmbəri-Əkrəmdən (s) nəql olunan bir hədisdə belə buyurulur: إنَّ لِکُلِّ شَیء قَلباً وَإنَّ قَلبَ القُرآنِ یـس “Hər şeyin qəlbi vardır, Quranın qəlbi də “Yasin” surəsidir.” (“Məcməul-bəyan”, “Yasin” surəsinin başlanğıcı.) 2. İmam Sadiq (ə) buyurur: مَن قَرَأَها قَبلَ أن یَنامَ أو فی نَهارِهِ قَبلَ أن یُمسِىَ کانَ فی نَهارِهِ مِنَ المَحفوظینَ وَالمَرزوقینَ حَتّى یُمسِىَ وَمَن قَرَأَها فی لَیلِهِ قَبلَ أن یَنامَ وَکَّلَ اللّهُ بِهِ مِائَةَ ألفِ مَلَک یَحفَظونَهُ مِن کُلِّ شَیطان رَجیم وَمِن کُلِّ آفَة “"Hər kim “Yasin” surəsini gündüz gun batmazdan öncə oxuyarsa, gün ərzində amanda qalanlar və ruzili olanlar zümrəsindən olar; hər kim onu gecə yatmazdan qabaq oxuyarsa, Allah-Taala onun üçün onu qovulmuş şeytanlardan və bütün bəlalardan qoruyan min gözətçi mələk məmur edər.” (“Vəsailuş-şiə”, 4-cü cild, səh.886, bölüm 48; “Təfsiri-nümunə”, 18-ci cild, səh.307-311.) Maide.Az Oxşar xəbərlər
|