İnsanlar vacibatları yerinə yetirməkdə niyə səhlənkarlıq edirlər?
Mьəllif: admin1
Tarix: 24-01-2020, 23:00
İnsanlar vacibatları yerinə yetirməkdə niyə səhlənkarlıq edirlər?
Hansı səbəbdən insanlar vacibatları yerinə yetirməkdə səhlənkarlıq edirlər?

Əgər bu mövzunu dərk etmək istəyiriksə, gərək onun köklərinə diqqət edək və səbəbini öyrənməyə çalışaq.

İşdə səhlənkarlıq etmək nə deməkdir? İşində səhlənkarlıq etmək o deməkdir ki, həmin işi təxirə salarsan. Halbuki, həmin işi görmək qərarına gəlmiş olsan belə. Ancaq səhlənkarlıq bu işi görmək qərarını dəyişdirər.

Səhlənkarlıq edənləri dörd dəstəyə bölürlər:

1. Onlar öz yanlış əməllərindən qafildirlər.

2. Bəziləri qəbul edirlər ki, bu işdə səhlənkarlıq edirlər, ancaq onun nə qədər çirkin bir əməl olmasından qafildirlər. Çünki özlərini islah etməklə məşğul olmurlar.

3. Bir dəstə insan bu əməlin pis əməl olduğunu bilir və özlərini islah etməklə məşğuldurlar.

4. Başqa bir dəstə üzr və bəhanə gətirərək, öz əməllərini məntiqli hesab edirlər. Ancaq bu çirkin işin aqibətindən qafildirlər.

Həzrət Peyğəmbər (s) buyurur: “Bu gün-sabaha salmaqdan çəkin”.

Rəsuli-Əkrəm (s) buyurur: “Zamanın qədrini bil və haqqına əməl et”.

Səhlənkarlıq etməyin kökləri:

1. Daxili. Tənbəllik insanın baxış və əqidəsindən çox asılıdır. Daxili amillər bunlardır: daha çox gözləntidə olmaq, qısamüddətli ləzzətlərə üz çevirmək, qəti olmamaq, vəsvəsə etmək, cavabsız şübhələr, müsbət mövzulara qarşı zəif baxışda olmaq...

2. Başqaları ilə rabitəyə aid olan amillər. Bunlara əsasən aiddir: qərar tutduğu vəziyyətdən narazı olmaq, peşəsinə qarşı mənfi fikirdə olmaq, səhlənkar insanlarla dost olmaq...

Müalicəsi:

1. Zaman təyin etmək. Hər bir işi görmək üçün insan gərək əvvəldən vaxt təyin etsin. Təyin etdiyi bu vaxta dəqiq əməl etməyə çalışsın.

2. Hədəf təyin etmək. İnsanın gördüyü işdəki hədəfi aydın olmalıdır. Müvəffəq insanlar o kəslərdir ki, hədəf təyin etdikdən sonra ciddi və qəti halda ona çatmağa çalışarlar.

3. İşi yerinə yetirmək üçün stimula malik olmaq. Hər kim gördüyü işdə stimula malik olarsa, o zaman onda səhlənkarlıq etməz.

4. İbadəti şövqlə yerinə yetirmək. İnsan gərək gün ərzində müəyyən zamanını ibadət və təfəkkür üçün ayırsın. Əgər insanın qəlb mərifəti olarsa, Allahı tanıya bilər. Hər kim bu ibadətlərin ləzzətini dadarsa, artıq başqa ləzzətlər ardınca olmaz.

İnsan gərək ibadətə olan susuzluğunu həmişə qoruyub saxlaya bilsin. Ona görə də ibadətdə mötədil olmaq lazımdır. Nə ifrat etmək və nə də təfrit etmək olar.

İbadət və dua əgər həddində yerinə yetirilərsə, o zaman insan ibadətə qarşı xüsusi meylə və cazibəyə malik olar.

İmam Əli (ə) buyurur: “O az miqdar ki, onu davamlı edirsən, o çox miqdardan ki, yorulursan – daha üstündür”.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031