İlahi məsəllərin imtahan vasitəsi olması nə məna daşıyır?
“Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən – ağcaqanad olsun, ondan böyüyü, ya balacası – utanmaz. İman gətirənlər (fikirləşərək məqsədi dərk etməklə və ya mütləq itaət və tabeçilik vasitəsi ilə) bilirlər ki, bu onların Rəbbi tərəfindən olan bir həqiqətdir. Kafirlər isə deyərlər: «Görəsən Allahın bu məsəldən məqsədi nədir?!».
(Bəli, Allah) onunla (bir həqiqəti bəyan etməklə) çoxlarını azdırır (onların ixtiyari azğınlığa düşmələrinə səbəb olur) və çoxlarını onunla hidayət edir. (Allah) onunla ancaq fasiqləri azdırır”. (“Bəqərə” 26). Bu ayə ilə bağlı deyirlər ki, bu sözlər – kafirlərin sözüdür. Onlar Allahın misallarına etiraz edərək, deyirlər: “Allahın bu məsəlləri çəkməkdə nə məqsədi vardır ki, nifaqa səbəb olmuşdur. Bir dəstə onun vasitəsilə hidayət olur, bir dəstə isə yolunu azır”. Bəzi təfsirçilər isə ehtimal verirlər ki, bu sözlər – Allahın kəlamıdır. Allah kafirlərə cavab olaraq bu ayəni buyurur. Allah Təala bu məsəllərdəki hədəfini açıqlayır və buyurur ki, bu məsəllər ona görə bəyan olunur ki, bir dəstə hidayət olsun, yolunu azanlar isə öz seçimini etsinlər. Yolunu azanlar fasiqlərdir. Bir sözlə, Allah Təbarəkə və Təala bu məsəllər vasitəsilə bəndələrini imtahana çəkər. Möminlər onun haqqında təfəkkür edər və hidayət olarlar. Kafirlər isə etiraz edər və yolunu azarlar. Misal üçün, əgər kimsə qızılı və ya gümüşü yoxlamaq üçün qaynar sobaya atarsa, məlum olar ki, həqiqidir, yoxsa düzəltmədir. Nəticədə qızıl və ya gümüş daha da şəffaf olar və rəngi daha gözəl olar. Ona görə də deyə bilərik ki, İlahi məsəllərin hədəfi – möminləri hidayət etmək üçün və kafirlərin yolundan azmasını fiksə etmək üçün olan İlahi imtahandır. /Deyerler.org/ Oxşar xəbərlər
|