Ölümdən dünyaya qayıtmaq istəyi: möminlər niyə istəyir, müşriklər niyə?
Ölən insanın bərzəx aləmindəki istəklərindən biri – yenidən dünyaya qayıtmaqdır. Günahkar insan bərzəx aləmindəki vəziyyətini görən zaman başa düşür ki, ziyan içərisindədir. Çünki gözünün önündəki pərdələr kənara çəkilər və bəsirəti açılar.
“(Onlar şirk və küfr içində qalarlar və) nəhayət onlardan (müşriklərdən) birinin ölümü çatan zaman (canı mələklərin əlində olduğu halda Allaha) deyər: «Ey Rəbbim, məni (dünyaya) qaytar, bəlkə (dünyada) qoyduğum şey (dünya malı və ömür günləri) barəsində yaxşı bir iş gördüm. Xeyr, bu, onun dediyi (boş) sözdür (gerçəkləşməyəcəkdir). Və onların qarşısında (qəbirdən) qaldırılacaqları günə qədər Bərzəx (aləmi) vardır”. (“Muminun” 99-100). Hacə Rəbih barəsində nəql edirlər ki, o, özü üçün qəbir düzəltmişdi və orada yatardı. Yuxarıdakı bu ayələri dəfələrlə oxuyardı. Sonra bayıra çıxar və özünə deyərdi: “Səni qaytardılar, indi söz verdiyinə əməl et”. Əlbəttə, hədislərdə oxuyuruq ki, bu istəyi nəinki günahkarlar, o cümlədən saleh insanlar da arzu edirlər. Onların geri qayıtmaqdakı məqsədi odur ki, özlərindən sonra geridə qoyduqlarını öz hallarından xəbərdar etsinlər. İstəyir ki, yaxınları onun yaxşı aqibətinə görə sevinsinlər. İmam Cəfər Sadiq (ə) bu ayənin: “Belə isə nə üçün canınız boğaza (ölümünüz) çatan zaman. Siz həmin halda (özünüzün və ya can verməkdə olanın vəziyyətinə) baxırsınız. Biz (və mələklərimiz) həmin can verən şəxsə sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Bəli,) bəs nə üçün əgər siz cəzalandırılmayacaqsınızsa, əgər doğruçusunuzsa, həmin canı (öz bədəninizə) qaytarmırsınız?!”. (“Vaqiə” 83-87) təfsirində buyurur: “O zaman ki, can boğaza gəlib çatır, mömin behiştdəki mənzilini görür. Deyir: “Məni dünyaya qaytarın ki, gördüklərimi öz əhlimə deyəm. Ona deyilər ki, yolu yoxdur”. Əgər bu mümkün olsaydı, onda İblisin (lən) yolları bağlanar və bütün insanlar hidayət yoluna gələrdilər. İmtahanların hikməti olmazdı, savab və cəzanın mənası olmazdı. /Deyerler.org/ Oxşar xəbərlər
|