Kafirlər bu ayədə niyə qoyunlara bənzədilmişdir?
Mьəllif: admin1
Tarix: 26-01-2020, 20:12
Kafirlər bu ayədə niyə qoyunlara bənzədilmişdir?
“Kafirlərin (onları haqqa dəvət edənin) məsəli anlaşılmaz fəryad və haraydan başqa bir şey eşitməyən heyvanın üstünə qışqıran şəxs kimidir (onlar da kəlamı eşidirlər, lakin sanki onun mənasını başa düşmürlər). (Onlar) kar, lal və kordurlar, buna görə də düşünmürlər”. (“Bəqərə” 171).

Təfsirçilərin nəzərinə görə, Allah Təala bu ayədə təəssübkeş kafirləri, kor-koranə təqlid etdikləri yanlış sünnətlərə görə, qoyuna bənzətmişdir.

Bu heyvanlar ancaq çobanın səsinə qulaq asar və başqa səslərin nə olduğunu başa düşməzlər. Misal üçün çoban sürüdən ayrılmış qoyuna qışqırar və deyər: “Sürüdən ayrılmayın ki, canavar sizi yeyər!”.

Ancaq onlar bu sözlərdən bir şey başa düşməzlər. Əgər reaksiya versələr də, səsin yüksəkliyinə görə olar.

Bəlkə demək olar ki, kafirlərin qoyuna bənzədilməsi ona görədir ki, qoyunlar da çobana kor-koranə təqlid edər və ancaq onun səsinə qulaq asarlar.

Misal üçün, əgər qoyun sürüsünə diqqətlə baxsaq, görərik ki, qoyunlar o zaman ki, yollarının üstündə maneə olan çubuğa çatırlar, onun üzərindən tullanıb keçirlər və qalan qoyunlar da eyni əməli görürlər.

Elə ki çubuğu götürürsən, görürsən ki, qoyunlar əvvəlki qoyunlar kimi həmin yerə çatan kimi tullanırlar, halbuki artıq orada maneə yoxdur.

Budur kor-koranə təqlidin nəticəsi. Ona görə də Allah kafirləri bu cür qoyunlara bənzətmiş və onları məzəmmət etmişdir ki, bəlkə ibrət götürərlər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031