Qəlbimizin aramlığına necə çata bilərik?
Mьəllif: admin1
Tarix: 29-01-2020, 20:30
Qəlbimizin aramlığına necə çata bilərik?
Aramlıq və hüzur dedikdə, insanın qəlbinin və fikirlərinin rahat olması nəzərdə tutulur. İslam dini buyurur ki, əgər qəlbi aramlığa çatmaq istəyirsənsə, bu, mümkün olan bir şeydir. Bunun üçün bəzi yollar vardır ki, onları qət etmək lazımdır.

1. Axirət azuqəsi haqqında düşünmək. İmam Əli (ə) İbni Abbasa yazdığı məktubda buyurur: “Sevincin ona görə olsun ki, axirətdə sənin üçün faydalıdır. Qəmin isə axirətdə nəyisə itirdiyinə görə olmalıdır.

O şeyi ki, dünyada əldən verirsən – təəssüflənmə. Hümmətini dünyadan sonra olan ölüm üçün saxla”.

2. Dünyanın fani olmasına diqqət etmək. İmam Əli (ə) Salman Farsiyə buyurur: “Dünya qəmini zehnindən çıxart. Çünki ondan ayrılmaq yəqininə maliksən”.

3. Axirət mükafatlarına diqqət etmək. İmam Əli (ə) buyurur: “Dünyanın acılığı – axirətin şirinliyidir. Haram dünyanın şirinliyi – axirətin acılığıdır”.

4. Hələ gəlməyən günün qəmini yeməmək. İmam Əli (ə) buyurur: “Ey Adəm övladı! Hələ gəlməyən günün qəmini, bu gününə əlavə etmə! Əgər hələ gəlməyən gün ömründən olarsa, Allah sənə ruzi çatdıracaqdır”.

Həzrət Əli (ə) başqa yerdə buyurur: “O kəs ki, Allahın verdiyi ruziyə razı olar, əlindən getdiklərinə görə qəmgin olmaz”.

5. Haram dünyaya eşq bəsləməmək. İmam Əli (ə) buyurur: “Hər kim haram dünyaya eşq bəsləyərsə, daxili qəmlə dolu olar. Qəlbini dünyadan qopartmaq, ona inanmaqdan daha xoşagələndir”.
(Deyerler.org)




Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031