Sadə yaşamaq nə deməkdir?
Mьəllif: admin1
Tarix: 30-01-2024, 10:26
Sadə yaşamaq nə deməkdir?
Əgər sadə yaşamağı dərk etmək istəyiriksə, gərək onun əksi olan təmtəraqlı yaşamağa nəzər salaq. Bu məfhum hər bir millət üçün özünəməxsus çalarlara bürünübdür.

Cəmiyyətin iqtisadi, mədəni və ictimai vəziyyətindən çox asılıdır.

Sadə yaşamaq hər bir ölkə və millət üçün müxtəlif dərk olunur. Hər nə qədər təmtəraqlı və nümayişkaranə yaşayış çox olarsa, sadə yaşamaq məfhumu da fərqli olar.

Hər bir halda İslamın buyurduğu kimi desək, sadə yaşamaq – zahidlər kimi yaşamaqdır.

İmam Əli (ə) buyurur: “Zahidlik və təqvalılıq – Quranda iki kəlmə arasında qərar tutur. Sübhan Allah buyurmuşdur: “Əlindən gedənlər üçün qəm yemə və sizə verilənə görə şad olmayın””.

Əslində Allah Təala biz bəndələrinə xəbərdarlıq edir ki, ürəyini dünyaya bağlama. Hansı şəraitdə yaşayırıqsa-yaşayaq, əsas məqsədimiz Allah rizası olmalıdır. Ona nə qədər möhtac olduğumuzu hiss etməliyik. Nəyimiz varsa, Ondandır və bu həyatda qalıcı deyilik.

Bəziləri orta həddə yaşamağa belə tərif verirlər ki, yoxsul insanların malik ola bilmədikləri şeyə malik olarlar. Misal üçün, maşına.

Ancaq orta yaşayış haqqında doğru nəticə çıxartmaq istəyiriksə, gərək həmin cəmiyyətin ürfünə nəzər salaq. Hər bir ürfün öz statistikası vardır. Hər bir cəmiyyət orta yaşayış həddini müxtəlif cür dərk edir.

Sadə yaşamaq odur ki, insan təmtəraqlı həyat görəndə ona həsəd aparmasın. Əlində olanlara qane olsun və Allaha şükür etsin. Bilsin ki, bu mal-dövlət qalıcı deyildir və heç kəs bu dünyada qalıcı deyildir. İnsan da mal və dövlət kimi gəlib gedəndir.

Bir sözlə, sadə yaşayış – təmtəraqdan, dünyapərəstlikdən uzaq olan bir yaşayış tərzidir.

Bizim sadə yaşamaqla bağlı örnəklərimiz vardır. Məsum İmamlar (ə) kimi, dinin dahi şəxsiyyətlərinin həyatı kimi. Hər kim sadə yaşamaq istəyirsə, məhz onların yaşayışını özünə nümunə götürməli və təmtəraqdan uzaq olmalıdır.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031