Bu zalımın nə səbəbdən qəbirdə işgəncəsi dayandırıldı?
Mьəllif: admin1
Tarix: 29-01-2020, 20:36
Bu zalımın nə səbəbdən qəbirdə işgəncəsi dayandırıldı?
İnsana qəbir əzabından nicat verən həlledici əməllərdən biri də Əhli-Beyt (ə) sevgisidir.

İmam Rza (ə) buyurur: “Zəvvarımın ziyarətinə gəldiyim vaxtlardan biri də onun qəbrinin ilk gecəsidir”.

Muhəddis Qumi nəql edir: “Zalımlardan biri öləndən sonra alimlərin birinin yuxusuna girir və alim ondan soruşur ki, nə əcəb belə rahat halda yaşayırsan? Nə səbəbə işgəncə olunmursan?

Zalım cavabında deyir: “Dünən gecəyə qədər əzabda yanırdım və qəbrim atəşlə dolu idi. Ancaq dünən gecədən sonra əzab müvəqqəti olaraq dayanmışdır. Çünki Seyyidi-şühəda (ə) qonşu qəbirlərdən birində olan xanımın ziyarətinə gəlmişdi”.

Alim bu qadının kim olduğunu araşdırır və onun həyat yoldaşını tapır. Ondan soruşur ki, həyat yoldaşınız hansı yaxşı əməli yerinə yetirmişdir ki, İmam Hüseyn (ə) onun ziyarətinə gəlmişdir?

Kişi xanımın bir neçə saleh əməllərini saymağa başlayır və deyir ki, o, Aşura ziyarətini davamlı olaraq oxuyardı. Bir ömür demək olar ki, bu ziyarəti oxumuşdur.

Bu sözlərdən sonra alim başa düşür ki, İmam Hüseyn (ə) nə üçün həmin xanımın ziyarətinə gəlmişdir”.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031