Quranın nəzərində təqvalılar hansı sifətlərə malik olmalıdırlar?
Mьəllif: admin1
Tarix: 30-01-2020, 20:04
Quranın nəzərində təqvalılar hansı sifətlərə malik olmalıdırlar?
Qurani-Kərim insanları bir neçə dəstəyə bölür ki, onlardan biri də təqva əhlidir. Allah Təala Quranda təqva əhlinə xas olan sifətləri bəyan etmiş və bizləri təqvalı olmağa dəvət etmişdir.

Bu insanlara xas olan sifətlərə diqqət edək:

1. Təqvalı insan, ilk olaraq qohumlarına və dostlarına əl tutar, sonra yetimlərə və yoxsullara yardım edər.

2. Hər kim təqvalı insanla müqavilə bağlayarsa, gərək qəlbi rahat olsun. Bu insanlar heç bir zaman verdikləri sözə vəfasızlıq etməzlər.

3. Təqva əhlinin ən bariz sifəti budur ki, başqalarına yardım etməyi rifah və pulda görməzlər. Özləri nə qədər ehtiyaclı olursa-olsun, yoxsullara malını infaq edərlər.

4. Təqva əhli insanlarla mehriban olarlar. Qəzəblərini yatızdırmağı bacararlar.

5. Təqva əhli Qiyamət günündən nigarandırlar. Ona görə də dillərinə və əməllərinə çox diqqət edərlər.

6. Əgər günah etsələr, tez bir zamanda tövbə edərlər. Allahdan bağışlanma istəyərlər.

7. Onlar heç bir zaman insanlara zülm etməzlər. Fəsada yaxın durmazlar. Malik olduqlarına qane olarlar.

8. Onların maddi və mənəvi mövzularında vəsiyyətləri hazır olar. Çünki öləndən sonra haqlarının zay olmasından qorxarlar.

Allah Təala bizləri təqva əhlindən qərar versin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031