İflic olmuş xanımın möcüzəvi şəfası
Mьəllif: admin1
Tarix: 31-01-2024, 10:41
İflic olmuş xanımın möcüzəvi şəfası
Böyük alimlərdən biri şahın dövründə iki oğlunu itirir. Və üstəgəl, xanımı iflic olur. Görmə qabiliyyətini itirmək üzrə olur.

Cavanlığını əldən verir və tez şəkildə qocalmağa başlayır. Alim qərara alır ki, xanımını paytaxta aparsın və xəstəxanaların birində yatızdırsın.

Alim deyir: “Mən səhər sübh yuxudan ayıldım və istədim ki, xanımımı Tehrana aparım, ancaq gördüm ki, qalan övladlarım başsız qalacaqdır.

Nigaran oldum və İmam Zaman ağaya (ə.f) təvəssül etdim. Allaha dua etdim ki, İmam Zaman ağanın (ə.f) inayətini bizlərə şamil etsin.

Elə ki, gecə yarısı oldu, gördüm ki, çıraqları yandırdılar və hay-küy salmağa başladılar.

Soruşdum ki, nə olmuşdur?

Qızım dedi ki, atacan, anam yaxşılaşmışdır.

İrəli getdim və gördüm ki, həqiqətən də şəfa tapmışdır. Qocalığı ondan əl çəkmiş və cavanlaşmışdır. Gözləri də görməyə başlamışdır.

Sonra xanım olanları mənə danışdı və dedi: “Otaqda tək idim və gördüm ki, anidən otaq aydınlandı. İmam Zaman ağa (ə.f) nurlu üzünü mənə tutub buyurdu: “Ayağa qalx bir şərtlə ki, bir daha hövsələsizlik etməyəsən”.

Ayağa qalxdım və mən onun ardınca getməyə başladım. Başa düşdüm ki, şəfa tapmışam””.

Ona görə də heç kəs gərək ümidini itirməsin, çünki bizim Ağamız vardır. Hər bir çətinlikdə ona təvəssül edə bilərik, bunu unutmayaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031