Quranda hicabın 4 növü
Hicab – müsəlman xanımların üzərinə düşən vəzifələrdən biridir. Çünki qadın özünü naməhrəmdən qorumalıdır. Amma hicab, ancaq başı bağlamaq və bədəni örtmək demək deyildir.
Qurani-Kərim bizləri hicabın 4 növü ilə tanış etmişdir ki, onlara nəzər salaq: 1. Geyimdə hicab. Möminə xanımlar geyimdə hicabın nə olduğunu yaxşı bilir və ona əməl etməyə çalışırlar. “Ey iman gətirənlər, Allaha itaət edin, Onun peyğəmbərinə və (Peyğəmbərin Məsum canişinləri olan) öz əmr sahiblərinizə tabe olun”. (“Nisa” 59). 2. Danışıqda hicab. Qadının danışması elə olmalıdır ki, orada işvə və naz olmasın. “Siz, ey Peyğəmbərin zövcələri! Siz təqvalı olsanız, başqa (adi) qadınlar kimi deyilsiniz. Buna görə də danışığınızda naz-qəmzə və işvə etməyin ki, qəlbində (günah, pozğunluq) xəstəliyi olan kəs tamaha düşməsin. Gözəl (təhrik və işvədən uzaq) danışın”. (“Əhzab” 32). 3. Rəftarda hicab. Kişi və qadına geyim hicabı vacib olduğu kimi, gözü hər cür haram istəkdən qorumaq da vacib olmuşdur. “Mömin qadınlara de ki, (baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar”. (“Nur” 31). 4. Fikirdə hicab. Belə ki, insan zehni çirkin fikirlərə qərq olmamalıdır. Allaha təvəkkül edib, həmişə yaxşı şeyləri düşünməlidir. Özünü çirkin fikirlərdən qorumalıdır. “(Onlar deyərlər:) Ey Rəbbimiz, bizi doğru yola yönəltdikdən sonra qəlblərimizi azdırma və bizə Öz tərəfindən bir rəhmət bəxş et, çünki, çox-çox bağışlayan Sənsən!”. (“Ali-İmran” 8). /Deyerler.org/ Oxşar xəbərlər
|