Kəhf səhabələri yatan zaman, onların ruhları harada idi?
Mьəllif: admin1
Tarix: 31-01-2020, 23:14
Kəhf səhabələri yatan zaman, onların ruhları harada idi?
İnsan ölən zaman ruhu Allah dərgahına gedər. Belə ki, Quranda oxuyuruq:

“Ölüm zamanı insanların ruhunu (onunla bədən arasında heç bir əlaqənin qalmadığı şəkildə) tamamilə, ölməmiş kəsdən isə yuxuda (zahiri əlaqənin kəsildiyi, batini əlaqənin isə qaldığı naqis şəkildə) alan (həqiqətən) Allahdır.

Beləliklə ölümünü qətiləşdirdiyi ruhu (Bərzəx aləmində) saxlayır, o birini isə müəyyən müddətədək (bədənə) göndərir. Şübhəsiz, bunda (bu işdə) düşünənlər üçün (Allahın qüdrət və hikməti və Qiyamətin gəlməsi barəsində) nişanələr vardır”.
(“Zumər” 42).

Bu ayədən göründüyü kimi, insanların ruhları ölən zaman Allahın dərgahına gedər, yatan zaman isə bədənlərinə geri qayıdar. Bu ayədən iki nəticə əldə etmək olur:

1. İnsan ruhu bədənindən fərqlidir. İnsan yatan zaman ruhu bədənindən çıxar. Bədənindən müstəqil şəkildə yaşamağa başlayar.

2. Ölmək və yatmaq – hər ikisi də ruhun bədəni tərk etməsidir. Bir fərqlə ki, ölən zaman ruh bədənə qayıtmaz, ancaq yatan zaman qayıdar.

Ancaq Kəhf səhabələri haqqında deyə bilərik ki, onların yuxusu möcüzəvi yuxu olmuşdur. “Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik”. (“Kəhf” 11).

Əslində bu yuxu onların etdiyi duaya görə olmuşdur: “(Yada sal) o zaman(ı) ki, həmin cavanlar o böyük mağaraya sığınaraq dedilər: Ey Rəbbimiz, Öz tərəfindən bizə bir rəhmət bəxş et və işimizdə bizim üçün bir hidayət və nicat hazırlığı gör”. (“Kəhf” 10).

Əllamə Təbatəbai buyurur: “Onlara elə ağır yuxu verdik ki, mağarada olan hər səs onları yuxudan ayıltmırdı. Burada üçüncü məna vardır və o da budur ki, Allah onlara yuxu göndərməklə mehribanlıq və sevgi göstərmişdir. Necə ki, ana övladını yatızdırmaq üçün yavaşca arxasına vurar və bu, uşağın diqqətini özünə cəlb etdiyi üçün yatmasına səbəb olar”.

“Təfsiri-Numunə”də oxuyuruq ki, onlar ağır yuxuya getsələr də gözləri açıq idi və ayıq insanlara bənzəyirdilər. “Və (gözləri açıq olduğu üçün) onları oyaq sanardın, halbuki yatmışdılar. Və (geyim və bədənlərinin çürüməməsi üçün) onları (yatdıqları halda) sağ tərəfə və sol tərəfə döndərirdik.

Onların iti hər iki pəncəsini mağaranın kandarına uzatmışdı. Əgər onlardan xəbərin olsaydı (və bu səhnəni yaxından görsəydin), şübhəsiz, qaçaraq onlara arxa çevirərdin və bütün vücudun onlardan qorxu ilə dolardı”.
(“Kəhf” 18).

Nəticədə deyə bilərik ki:

1. Ruh, insan ölən kimi, yatan zaman da Uca Allahın dərgahına gedər.

2. Kəhf səhabələrinin yuxusu – adi yuxu olmamışdır, Allahın möcüzələrindən biri olmuşdur.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031