Saleh övlad yetişdirmək üçün 9 tövsiyə
Mьəllif: admin1
Tarix: 21-01-2023, 10:12
Saleh övlad yetişdirmək üçün 9 tövsiyə
Saleh övlada malik olmaq üçün Məsumlarımızdan (ə) bəzi tövsiyələr gəlmişdir ki, onlarla tanış olaq:

1. Övladın saleh olması üçün valideynlərin saleh olması lazımlıdır.

2. Ailə həyatında İslami təlimlərə riayət etmək.

3. Qidanın halal və haram olmasına diqqət göstərmək.

4. Uşaqlarla əxlaq çərçivəsində rəftar etmək və onlara məkarim əxlaqı aşılamaq.

5. Hamiləlik zamanı, süd verən zaman və uşaq körpə olan zaman gigiyenaya xüsusi diqqət etmək lazımdır.

6. Uşaqlara ancaq Quranın təyin etdiyi müddət qədər süd vermək. Ondan artığını vermək bəyənilməzdir.

7. Uşaqda dini ruhiyyəni inkişaf etdirmək və hər bir yaşa uyğun olaraq uşağı din təlimləri ilə tanış etmək.

8. Ailə münaqişələrindən çəkinmək, xüsusən də uşaqların yanında.

9. Münasib həyat yoldaşı seçmək ki, bunun da bəzi şərtləri vardır:

a). Övlad sahibi olmaq məsuliyyətini başa düşən insan olmalıdır.

b). Dini və əxlaqi ailənin qızı olmalıdır.

c). Halal qidalanmalıdır.

d). Əxlaqi dəyərləri dinə uyğun olmalıdır.

e). Həyat yoldaşına hörmət və ehtiram etməlidir.

ə). Təhsil və maddi cəhətdən yaxın səviyyədə olmalıdırlar.

Bu cür şərtlərin sayı çoxdur, ancaq ən mühüm olanı odur ki, ailə quracağın insan Allahı tanıyan və onun buyurduqlarına əməl edən və ondan çəkinən biri olsun. Ailə həyatının məsuliyyətini dərk etsin.

Başa düşsün ki, ailə nə deməkdir və gələcək nəsillər yetişdirməkdə bir ana və bir həyat yoldaşı kimi hansı vəzifələri vardır.
(Deyerler.org)


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031