Bütün vacibatlar Quranda bəyan olunmuşdur, yoxsa yox?
Mьəllif: admin1
Tarix: 4-02-2020, 13:15
Bütün vacibatlar Quranda bəyan olunmuşdur, yoxsa yox?
Vacibat dedikdə o əməllər nəzərdə tutulur ki, hər müsəlman ona riayət etməli və yerinə yetirməlidir. Əgər həmin əməlləri tərk edərsə, o zaman günah qazanar və axirətdə cəzalanar.

Yəni, burada firuiddindən söhbət gedir.

Qurani-Kərim haqqında deyə bilərik ki, bu Müqəddəs Kitab – hidayət və qanun kitabıdır. Ona görə də orada bəyan olunan qanunlara əməl etmək vacibdir. Cüzi mövzulardan tutmuş, nəhəng mövzulara qədər.

Quran adətən cüzi mövzulara sadəcə toxunmuşdur, ancaq onun şərhini və izahını Məsumlara (ə) buraxmışdır. Quran bu müqəddəs insanları zikr əhli, alim, Ulul-əlbab və bu kimi adlandırmışdır.

O vacibatlar ki, Quran sadəcə ona işarə etmişdir, Məsumlarımız (ə) onu bizlərə tanıtmış və yerinə yetirilməsini vacib etmişdilər.

Ona görə də Quranda vacibatlar ümumi şəkildə bəyan edilmişdir. Onun şərhi və izahı Məsumlar (ə) tərəfindən tanıdılmışdır.

Bu səbəbdən demək olar ki, Quran vacibatların hamısını tək-tək aydın şəkildə bəyan etməmişdir. Sadəcə onlara işarə etmiş və qalan məlumatı Məsumların (ə) üzərinə qoymuşdur.

Allah Təala bizlərə İslamın qanun-qaydalarına əməl etməyi nəsib etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031