Bu surəni cümə günü oxuyan bütün bəlalardan amanda qalar
Qurani-Kərimin 37-ci surəsində yer alan “Saffat” surəsi 182 ayədən ibarətdir və Məkkə şəhərində nazil olmuşdur.
Elə buna görə də, bu surə Məkkədə nazil olmuş surələrin xüsusiyyətini daşıyır; “tövhid” və “məad” bəhslərinə daha çox önəm verilir, eyni zamanda, müşriklər şiddətlə, qəti və qısa təbirlərlə məzəmmət olunur, aydın dəlillərlə onların əqidələri alt-üst edilir. 1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: مَنْ قَرَاَ سُورَة وَ الصَّافَاتِ اُعْطِىَ مِنَ الاجْرِ عَشْرُ حَسَنات، بِعَدَدِ کُلِّ جِنٍّ وَ شَیْطان و تَباعَدَتْ عَنْهُ مَرَدَهُ الشَّیاطِینِ وَ بَرَءَ مِنْ الشِّرْکِ وَ شَهِدَ لَهُ حافِظاهُ یَوْمَ الْقِیامَهِ اِنَّهُ کانَ مُوْمِناً بِالْمُرْسَلِینَ؛ “Hər kim “Saffat” surəsini oxusa, bütün cin və şeytanların sayı müqabilində ona on savab əta olunar, Allahın dərgahından qovulmuş şeytanlar ondan uzaqlaşar və o, şirkdən paklanar, onu qorumaq üçün məmur olunmuş iki mələk qiyamət günü onun ilahi elçilərə iman gətirdiyinə şahidlik edər.” 2. İmam Sadiq (ə) buyurmuşdur: مَنْ قَرَاَ سُورَة الصَّافَّاتِ فِی کُلِّ یَوْمِ جُمُعَه لَمْ یَزَلْ مَحْفُوظاً مِنْ کُلِّ آفَه مَدْفُوعاً عَنْهُ کُلُّ بَلِیَّه فِی حَیاتِهِ الدُّنْیَا، مَرْزُوقاً فِی الدُّنْیَا بِاَوْسَعِ مَا یَکُونُ مِنَ الرِّزْقِ وَ لَمْ یُصِبْهُ اللّهُ فِی مَالِهِ وَ لا وُلْدِهِ وَ لا بَدَنِهِ بِسُوء مِنْ شَیْطَان رَجِیم وَ لا جَبَّار عَنِید وَ اِنْ مَاتَ فِی یَوْمِهِ اَوْ لَیْلَتِهِ بَعَثَهُ اللّهُ شَهِیداً وَ اَمَاتَهُ شَهِیداً وَ اَدْخَلَهُ الْجَنَّهَ مَعَ الشُّهَدَاءِ فِی دَرَجَه مِنَ الْجَنَّهِ؛ “Hər kim “Saffat” surəsini hər cümə günü oxuyarsa, bütün bəlalardan amanda qalar, dünya həyatında bütün bəlalar ondan uzaqlaşdırılar, Allah-Taala ən geniş ruzini onun ixtiyarında qoyar, onun malını, övladlarını və bədənini qovulmuş və itaətdən çıxmış şeytanın ziyanlarına giriftar etməz və əgər (surəni tilavət etdiyi) həmin gecə və yaxud həmin gün dünyadan köçərsə, Allah-Taala onu (qiyamət günü) şəhid kimi məhşur edər, şəhid kimi öldürər və onu behiştdə şəhidlərlə eyni dərəcədə qərar verər.” “Məcməul-bəyan”, “Saffat” surəsinin başlanğıcı; “Təfsiri-nümunə”, 19-cu cild, səh.5) Maide.Az Oxşar xəbərlər
|