Həqiqi kəramət ilə dərvişlik kəramətinin fərqi
Mьəllif: admin1
Tarix: 5-02-2020, 22:32
Həqiqi kəramət ilə dərvişlik kəramətinin fərqi
Muhəmməd Hadi İbrahimi nəql edir: “Tələbəliyin ilk illərində bir dost tapmışdım ki, xüsusi hala malik idi. İddia edirdi ki, ürfanın məşhur şəxsiyyətləri ilə əlaqəsi vardır. Elə işlər görürdü ki, biz ona kəramət deyirdik.

Bir gün elm və əməl sahiblərindən olan mərhum Şeyx Zəbihallah Zəbihi Quçaninin xidmətində oldum. Məndən dostum barəsində soruşdu və mən də dedim ki, o, başının arxasındakıları görür. Dedi başqa nə edir? Dedim ki, qəlbdən xəbər verir.

Alim üzünü mənə tutub buyurdu: “Allah hikməti əsasında ruhu bədəndə həbs etmişdir. Ruhun qüdrəti çoxdur. Ancaq bədəndə həbs olunduğu üçün, bu bədən kimi məhdud olur. Ancaq bədən vasitəsilə nəyisə edə bilir.

Fərz et ki, bir nəfəri bu otaqda həbs ediblər və onun bayırdan xəbəri yoxdur. Ancaq bayırda çox şeylər baş verir. Ev sahibi onun üçün pəncərə düzəldər və həmin şəxs ancaq bu pəncədən görünənləri izləyə bilər.

Əgər ev sahibi pəncərə açmasaydı, bu şəxs əlinə bel alıb divarı deşməyə başlayardı. Həmin açdığı deşikdən bayırda baş verənləri müşahidə edərdi.

Bu iki nəfər məgər eynidirlərmi? Biri ev sahibinin icazəsi ilə pəncərədən bayıra baxar, ancaq ikincisi qəsbkar kimi deşik açar və icazə olmadan bayıra baxar.

Bu ruh ki, bədəndə həbs olunmuşdur – həmin məhbusdur və ev sahibi isə Allahdır. Bu insan yaxşı bəndəlik edərsə, ev sahibi onun üçün pəncərə açar. Onu həvəsləndirə də bilər, imtahana çəkə də bilər.

Əgər bu insan kəramət göstərməklə məşğul olarsa, bu əməli – Allahın icazəsi olmadan deşik açmağa bənzəyər. Bu insanın deşikdən baxdığı üçün ruhu bir qədər azadlıq əldə edər və kəramət göstərməyə başlayar. Elə əməllər görər ki, başqaları onu edə bilmir.

Bu insan hansısa məqama çatmışdır, ancaq ev sahibindən icazəsiz halda. Bu kəramət – dərvişlərin kəramətidir””.

Beləliklə, gərək nəfsimizi ram edək və kəramət nümayiş etdirməklə deyil, yaxşı bəndə olmağa səy etməklə məşğul olaq.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031