Bu əməllərə görə Cəbrayil (ə) mələk yox, insan olmaq istəyir
Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Cəbrayil mənə demişdir: “Yeddi əmələ görə insan cinsində olub, onları yerinə yetirməyi arzu edirəm. Bu əməllər ibarətdir:
1. Camaat namazında iştirak etmək. 2. Alimlərlə yoldaş olmaq. 3. Bir-birindən küsən iki insanı barışdırmaq. 4. Yetimlərə nəvaziş etmək. 5. Xəstəni ziyarət etmək. 6. Cənazə mərasimində iştirak etmək. 7. Həcc mövsümündə hacılara su paylamaq””. Sonra Həzrət Rəsuli-Əkrəm (s) İmam Əliyə (ə) buyurur: “Ey Əli! Bu əməlləri yerinə yetirməkdə səy göstər”. Allah Təala bizləri bu buyuruşa əməl edənlərdən qərar ver! /Deyerler.org/ Oxşar xəbərlər
|