İnfaq əxlaqla yanaşı olmalıdır
Allah-Taala Qurani-Kərimin “Bəqərə” surəsinin 263-cü ayəsində buyurur:
قَوْلٌ مَّعْرُوفٌ وَمَغْفِرَةٌ خَيْرٌ مِّن صَدَقَةٍ يَتْبَعُهَآ أَذًى وَاللّهُ غَنِيٌّ حَلِيمٌ “(Ehtiyaclılarla) xoş danışıq və (onları) bağışlamaq əziyyətlə müşayiət olunan sədəqədən (bəxşişdən) üstündür. Allah ehtiyacsız, həlimdir.” Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Əgər yanınıza bir dilənçi gəlsə, iki yoldan birinə əməl edin: ya gücünüz çatan şeyi əta edin, ya onu bəyənilmiş şəkildə yola salın.” Başqa bir yerdə o Həzrət buyurmuşdur: “Əgər xalqa malla əl tuta bilmirsinizsə, əxlaqınızla xidmət edin.” (“Təfsiri-kaşif”, c.1, səh.272.) Bildirişlər 1. Fəqirin abır və şəxsiyyəti onun qarnını doyurmaqdan üstündür. 2. Fəqiri məhəbbət və canıyananlıqla onun dolanışığını təmin edəcək işə yönəldin. 3. İnfaq əxlaqla yanaşı olmalıdır. 4. Fəqirlə xoş danışıq onun üçün təskinlik və inkişaf amilidir. Halbuki minnətlə verilən sədəqədə bu xüsusiyyətlərin heç biri yoxdur. 5. Əgər fəqir çətinliyə düşdüyü üçün pis danışsa onu bağışlayın. 6. Cəmiyyətdəki ürfə (ənənəyə) riayət həm söz, həm də əməldə zəruridir. 7. Allah fəqirə dəyən zərərə cavab verir. Amma dərhal yox! (“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 1-ci cild, “Bəqərə” surəsi, 255-ci ayənin təfsiri.) Maide.Az Oxşar xəbərlər
|