Şeytanın (lən) ən çox istifadə etdiyi 4 an
İnsan həyatında bəzən elə şəraitlər yaranır ki, şeytan ondan silah kimi istifadə edir. İnsanın qatı düşməni hər an hazırlıqlıdır və öz nalayiq əməllərini hər an həyata keçirməyə cəhd edər. Ona görə də insan gərək hər an bu təhlükənin gələcəyini gözləsin.
Biz gərək şeytanın ən çox istifadə etdiyi zaman və məkanları tanıyaq ki, onunla mübarizə apara bilək. 1. Can verən zaman. İnsanın ən zəif anı – can verən anıdır və düşmən bunu bildiyi üçün, fürsətdən yararlanır. Çalışır ki, insanı din hərəmindən uzaqlaşdırsın. O biri dünyaya əli boş göndərsin. İblis bütün ordusuna əmr edir ki, can verən bütün insanları vəsvəsə etsinlər. Onları dinində şəkkə salsınlar. Ona görə də hər bir can verən insanın yaxınları gərək tez-tez şəhadətləri həmin insana təlqin etsinlər. Can verən zaman şeytanın tələsinə düşməməyin iki yolu vardır: a). Düzgün inancı ürəyə və cana elə yeritmək ki, kök salsın. Əsən şiddətli küləklər onu sarsıtmasın, yəni ölüm gələn zaman ürək və canından çıxmasın. Ona görə də Allaha təlsim olub, Əhli-beytə (ə) təvəssül etmək lazımdır. b). Ölümü daima yada salmaq. Həzrət Peyğəmbər (s) buyurur: "Ləzzətləri sındıranı çoxlu yada salın”. Həzrət (s) buyurur ki, ölümü yada salaraq ləzzətləri sındırmağa çalışın və bu yolla sizin dünya ləzzətlərinə olan etimadınız aradan gedər. Ölümü necə unutmaq olar ki, ölüm insanı unutmur və hər an insana hakim ola bilər. 2. Gələcək nəslin təməlini qoyan zaman. Tədqiqatlar göstərir ki, nütfə formalaşan zaman ata və ananın keçirtdiyi iztirab və təşviş uşağın gələcək taleyində çox təsirlidir. Məsumlar (ə) bizə məsləhət görür ki, gələcək nəslin təməlini qoyan zaman şeytanın (lən) şərindən uzaq olmaq üçün dəstəmazlı olmaq və iki rükət namaz qılmaq faydalıdır. 3. Sönük evlər. O evdə ki, İlahi ayələr oxunmaz və eşidilməz, həmin ev zülmətlidir və sönükdür. Həmin evlər şeytanın ən çox məskin olduğu yerlərdir. İmam Sadiq (ə) buyurur: "O evdə ki, müsəlman şəxs Quran oxuyar, səma əhli o evə nəzər salar, necə ki, dünya əhli səmada olan parlaq ulduzlara nəzər salar”. Əmirəl-möminin (ə) buyurur: "O evdə ki, Quran oxunar, Allah Təalanın zikri eşidilər - bərəkəti çox olar, mələklər ora gələr və şeytanlar oradan uzaqlaşar. Səma əhli üçün nur saçarlar, necə ki, ulduzlar dünya əhli üçün nur saçar. O evdə ki, Quran oxunmaz, Allah Təalanın zikri eşidilməz - bərəkəti az olar, mələklər oradan uzaqlaşar və şeytanlar orada hazır olar”. 4. Mömin sıralarını sındırar. Düşmən daima çalışır ki, müsəlmanların vəhdətini sındırsın və təfriqə yaratsın. Onların arasında düşmənçilik toxumu səpər və ona görə də Quran tövsiyə edir ki, bir-birinizlə elə söhbət etməyin ki, düşmənin əlinə bəhanə düşsin. İmam Əli (ə) buyurur: "Şeytan istəyir ki, sizin cəmiyyətə təfriqə salsın. Təfriqə vasitəsilə fitnə yaratsın. Ona görə də fəsadlarından və vəsvəsələrindən üz döndərin”. Beləliklə düşmənin ən çox olduğu məkanları tanıdığımıza görə ona qarşı hazıqlıqlı olaq. Çünki Allah Təala buyurur: "Həqiqətən, şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin!”. ("Fatir” 6). /Deyerler.org/ Oxşar xəbərlər
|