Fətva verməyin əsasları nələrdir?
İctihad sözü lüğətdə, çətinliyə dözmək, habelə, qüdrət və bacarıq deməkdir. Fəhiqlərin terminində isə, ictihad, elmi səylərdən maksimum istifadə etməklə şəri hökmləri İslami mənbələrdən və dəlillərindən çıxarmaq və əldə etmək mənasını verir.
Şiə fiqhində, fətvanın əsası ictihad mənbələrinə (Quran, Sünnə, Səbəb və Konsensus) söykənsə də, bu mənbələrdən istifadə edə bilmək üçün, ərəb ədəbiyyatı, Məsum İmamların (ə) ürfi danışıqlarını, məntiq, üsul-fiqhin, rical elmi, Quran və hədisin elmlərini və s, bilmək lazımdır. Hər bir fəqih bu elmlərdən savayı, bütün məsələlərdə söykənə biləcəyi əsası olmalıdır ki, o əsasa söykənməklə, ictihad mənbələrindən bəhrə apara bilsin. İctihat “Cəhədə” (cim hərfini fəthlə oxusaq)[1] kökündən olub, çətinliklərə dözmək,habelə qüdrət və bacarıq (cəhədə - cim hərfini zəmzlə oxusaq-kökündən olarsa )[2] mənalarını verir. Ancaq fəhiqlərin terminologya mənasında isə, ictihad, elmi səylərdən maksimum istifadə etməklə şəri hökmləri İslami mənbələrdən və dəlillərindən çıxarmaq və əldə etmək mənasını verir. Şiə fiqhində, fətvanın əsası ictihad mənbələrinə (Quran, Sünnə, Səbəb və Konsensus) söykənsə də, bu mənbələrdən istifadə edə bilomək üçün,ərəb ədəbiyyatı, Məsum İmamların (ə) ürfi danışıqlarını, məntiq, üsul-fiqhin, rical elmi, Quran və hədisin elmlərini və s [3], bilmək lazımdır. Hər bir fəqih bu elmlərdən savayı, bütün məsələlərdə söykənə biləcəyi əsası olmalıdır ki, o əsasa söykənməklə, ictihad mənbələrindən bəhrə apara bilsin. Məsələn, hədis və rəvayətlərdən istifadə edərkən bir müctəhid, rical elmində qəbul etdiyi əsaslara görə,hansısa bir rəvayətin sənədini etibarsız hesab edərək ona istinad etmirvə bu məsələdə də, başqa heç bir rəvayət və dəlildə yoxdur. Bu zaman müctehid bu mövzuda fətva verə bilməz. Bir halda ki, digər müctehidlər o rəvayətin sənədini səhih bilməklə, həmin rəvayətə istinad edə bilərlər. Ətbətdə, qeyd etmək lazımdır ki, bütün müctehidlərin təhlil qabiliyyəti eyni deyildir. Buna görə də, hər bir müctehid hansısa bir ayə və ya rəvayətdən ayrı-ayrı nəticələr əldə edə bilər. Hətta mümkündür ki,hansısa bir müctehid müəyyən bir şeyi,hansısa xas bir hökmün mövzusu və misdaqı bilmiş olsun,ancaq,digər müctehidlərin nəzərində belə olmamış olsun. İndisə, müctehidlərin fətva[4] verərkən istifadə etdikləri əsas mənbə olan Quran, sünnə, icma və əql kimi mənbələrə işarə edəcəyik: Quran, İslam hökmlərinin ilk mənbəsidir və onun qəbul olunması xüsusunda bütün müsəlmanlar yekdildirlər. Ancaq, ”uca vəhy görəsən bizlər üçün anlaşılandır ya yox”, “görəsən vəhyin kəlamında dəyişiklik baş verib ya yox” kimi məsələlərdə hər bir müctehid nəzər və rəy sahibi olmalıdır.[5] Sünnə (məsumun sözü, əməli və ya təsdiqi) Aydındır ki, Peyğəmbərin (s) sözü, əməli və təsdiqinin, bir sözlə sünnənin höccət olması isbata ehtiyacı olsa da Quranın bir-başa göstərişlərini nəzərə alsaq, bu isbat bir o qədər də çətin bir məsələ deyildir və çoxlu bəhslərə də ehtiyacı yoxdur. Buna görə də, İslam alımləri bu məsələni rahat şəkildə qəbul etmişlər.[6] Eyniylə, İmamların sözü və əməli də bizlər üçün höccətdir və İmamiyyə alimləri belə etiqada sahibdirlər: Peyğəmbərin (s) həll yolu olaraq tədarük gördüyü və onu dəfələrlə bəyan etdiyi məsələ “Məsum imamların sünnəsinin höccət olması”[7] məsələsidir. Çünki, Peyğəmbər belə buyurubdur: Mən sizin aranızda iki ağır əmanət qoyuram. Bunlar Allahın kitablı və mənim itrətimdir. Sizlər bu ikisinə müraciət edəcəyiniz təqdirdə, heç vaxt yolunuzu azmayacaqsınız.[8] Bəs, əgər Peyğəmbərin (s) və ya İmamların (ə) hansısa bir əməli xas bir şəkildə yerinə yetirdikləri isbat olsa, yaxud da,başqaları o Həzrətlərin yanında hansısa bir əməli edərdilərsə və İmamlar da onu təsdiq edirdilərsə, yəni imamlar öz sükutları ilə o əməlin səhihliyini bildirirdilərsə, bu zaman fəqih bu məsələyə istinad edə bilər.[9] “Görəsən sünnə Quranın müqəyyid və müxəssisi ola bilərmi?” və ya “mövqe, sünnəyə təsir qoya bilərmi”[10] kimi məsələlər barəsində hər bir müctehid rəy və nəzərə sahibi olmalıdır ki, sünnə vasitəsiylə hər hansı şəri hökmü ələ gətirə bilsin. İcma (fəqihlərin bir məsələdə yekdil olması): İmamiyyə alimlərin nəzərində İcma o zaman höccətdir ki, Peyğəmbər (s) və İmamların sözünü açıqlığa çıxartsın. Məsələn, əgər məlum olsa ki, peyğəmbər (s) zamanında bütün müsəlmanlar hansısıa bir məsələ barəsində eyni əqidəyə sahib olmuşlar və eyni cür əməl etmişlər, bütün bunlar buna dəlildir ki,müsəlmanlar həmin hökmü Peyğəmbərdən (s) ələ gətirmişlər. Yaxud da ki,hər hansı bir İmamın (ə) əshabı bir məsələdə vəhdətə malik olsalar, bu vəhdət onların həmin məsələni bir başa imamdan öyrənmələrinə dəlildir. Əgər belə olsa, yəqindir ki, həmin icma höccətdir. Ancaq bu höcciyyət icmanın özünə görə deyil də,məsumun sözünü ortaya çıxardığına görə höccət hesab olunur.[11] Əql: İslam təlimlərində əql qədər tərif və təqdir olunmuş başqa bir şey yoxdur. Bu təqdir və tərifdə əqlin bütün həqiqətləri tanıması və əqlin təsirləri, habelə, etiqadi, fərdi, əxlaqi məsələlərdə doğrunu yalnışlardan ayırmaq kimi müxtəlif nötqələrinə diqqə yetirilir. Bütün bunların hamısına baxsaq görərik ki, şəriət sahibinin özü də əqlin zati cəhətdən höccət olmasını bir-başa təsdiqləyir.[12] Bu səbəbdən də, İslam alimləri arasında əql, şəri hökmləri ələ gətirmək üçün bir mənbə olaraq vurğulanır.[13] Bəs, şiə əqidəsinə görə, əgər əql bir məsələdə, yəqin olaraq hökm versə, bu hökm yəqini olduğuna görə əqlin höccət olmasına hökm verilir.[14] Nəticə olaraq, hər bir fəqih, bu dörd mənbəyə əsaslanaraq və özünün ictihadi əsaslarına söykənərək fətva verir. Əlbətdə, qeyd etməliyik ki, ictihadın əsasları, burada bəyan olunam məsələlərlə kifayətlənmir. Daha çox məlumat əldə etmək üçün, ustad Hadəvi Tehraninin üsul elmində yazılmış “cözvatul-təəmmulat” əsərini mütailə edə bilərsiniz. [1] əl-Nihayə, cild 1,səh 319. [2] Həmin mənbə [3] Hadəvi Tehrani, məbaniye kəlamiye ictihad, səh 19 və 20 [4] Fiqh teminində bu mənbələr “ədilleye ərbəə” olaraq yad edilir. [5] Cənnati, Mühəmməd İbrahim, Mənabeye ictihad, cild 1, səh 76, daha çox məlumat üçün: Hadəvi Tehrani, Məhdi, Fəlsəfeye elm üsul fiqh, dördüncü dəftər, Qurani- Kərimin sadir olmasının əsasları [6] Əlbətdə çox az sayda şəxslər bunu inkar etmişlər. Bu barədə, Muhəmməd ibn İdris Şafeinin “Kitabul um” kitabında işarə olunubdur. cild 7,səh 250, [7] Həmin mənbə [8] Biharul-ənvar cild 23,səh 118 [9] Hadəvi Tehrani, Məhdi, Fəlsəfeye elm üsul fiqh, dördüncü dəftər, sünnətin sadir olmasının əsasları və dəlilləri [10] Həmin mənbə,səh 75 [11] Əbul-qasim Gərəci, fiqh və fəqihlərin tarixi,səh 68 [12] İctihadın mənbələri, cil 1,səh 243 [13] Həmin, səh 224 [14] Şəhid Mütəhhəri, İslam elmləri ilə tanışlıq, cil 3, səh 19 Oxşar xəbərlər
|