Tövhidə iman gətirənin 4 bəhrəsi
Mьəllif: admin1
Tarix: 13-02-2020, 20:42
Tövhidə iman gətirənin 4 bəhrəsi
Tövhid – İslam dininin ən böyük sütunudur ki, hər bir müsəlman bu sütunu möhkəm saxlamalıdır. Allahın yeganə olmasına etiqad bəsləməli və Ona şərik qoşmamalıdır.

Tövhid etiqadı dinimizin əsasını təşkil etdiyi kimi, həm də bir çox bəhrələri vardır. Bunlarla tanış olaq:

1. Azadlıq. Tövhidin faydalarından biri – azadlıqdır. Hər kim tək olan Allahı qəbul edərsə və bilərsə ki, O, hər şeyə qadirdir və hər bir xəlq – Onun məxluqudur, heç bir zaman heç kəsə baş əyməz və heç kəsə yaltaqlanmaz. Ən böyük hegemonlar belə onu sındıra bilməz və o, ancaq Allaha baş əyər.

“Çünki sizin Allahınız tək olan Allahdır. Buna görə də Onun qarşısında təslim olun və (ey Peyğəmbər, sən) təvazökar və xalis (niyyət və əməlli)lərə müjdə ver”. (“Həcc” 34).

2. Şeytandan amanda qalmaq. “Çünki, onun iman gətirən və özlərinin Rəbbinə təvəkkül edən kəslər üzərində (vəsvəsə etməkdən savayı başqa) bir hökmranlığı yoxdur”. (“Nəhl” 99).

3. Allahpərəst olar. Tövhidi qəbul edən insan üçün Allahın istəkləri ilk sırada gələr və o, heç bir zaman öz istəklərini önə çəkməz. Əvvəl Allahın razılığını düşünər, sonra öz istəklərinə nəzər salar. Əgər Allah bəyənən istəklərdirsə – o zaman yerinə yetirər, əks halda onları tərk edər.

4. Xeyir işlərdə tələsər. “Və Rəbblərinin ayə və nişanələrinə iman gətirənlər və (uluhiyyat, xilqət, rübubiyyət, ibadət və itaətdə) Rəbblərinə şərik qoşmayanlar (mal və canlarından Allah yolunda) verdikləri şeyi Rəbblərinə tərəf qayıdacaqların(ı bildikləri üçün onun qəbul olunmamasın)dan qorxan halda verənlər (bəli,) onlardır bütün xeyir əməllərə tələsənlər! Həmin xeyir (əməl)lərdə (başqalarından) qabağa düşən də onlardır”. (“Muminun” 58-61).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031