Bir-biri ilə müqayisədə bəzi günahlar digərlərindən bir neçə qat artıq cəzaya malikdir?
Mьəllif: admin1
Tarix: 19-02-2020, 12:59
Bir-biri ilə müqayisədə bəzi günahlar digərlərindən bir neçə qat artıq cəzaya malikdir?
Quran ayələrindən və Əhli-beyt (ə) hədislərindən məlum olur ki, günahların dünya və axirətdəki cəzalarının müxtəlif mərtəbələri vardır.

Quranda şirk günahı “zülmün ən böyük mərtəbəsi” kimi qeyd olunur. Həmçinin bəzi günah işləri görən adamlara ilahi əzab vədəsi verilir ki, bu da həmin günahın nə qədər böyük və qəbahətli olduğunu göstərir.

Günahın dünyəvi cəzaları da müxtəlifdir. Bəzi günahlar üçün şallaq, bəziləri üçün edam, bəziləri üçün kəffarə, bəziləri üçün isə cərimə təyin olunmuşdur.

Allah-taala insanın əbədi xoşbəxtliyi və səadəti üçün müxtəlif qayda-qanunlar, fərman və göstərişlər vermişdir. İnsan bu göstərişlərə əməl edəcəyi təqdirdə dünya və axirətdə səadətə çatar, müxalifət etdiyi surətdə isə özünü həqiqi səadətdən məhrum etmiş olur.

Günah – Allahın göstərişləri qarşısında itaətsizlik etmək, bəndəlik və itaət hüdudlarından xaric olmaq və Onun əmr və fərmanlarını yerinə yetirməməkdir.[1]

Günahlar malik olduqları dünya və axirət cəzaları ilə əlaqədar bir-biri ilə fərqlənir.

Günahların Quranda təsnifatı

Quran-kərim şirki (Allaha şərik qoşmağı) ən böyük günah kimi təqdim edərək buyurur: إِنَّ الشِّرْکَ لَظُلْمٌ عَظِیم “Həqiqətən şirk çox böyük bir zülmdür.”[2]

Başqa bir ayədə buyurulur ki, Allah-taala günahları şirkə və şirkdən aşağı səviyyədə olmaqla iki qismə bölərək buyurur: “Allah, Ona şərik qoşmağı bağışlamır, lakin ondan aşağı səviyyəli günahları istədiyi şəxslər üçün bağışlayır.”[3]

Başqa bir yerdə buyurur: “Hər kəs böyük günahlardan və çirkin əməllərdən uzaqlaşsa – kiçik günahlardan başqa (belə ki, bəzən onlara mürtəkib olur), Allahın məğfirəti (bağışlaması) genişdir.”[4]

Başqa sözlə desək, Allah-taala fərman verir ki, “Əgər böyük günahları tərk etsəniz, Allah “ləməm”i – insanın bəzən mürtəkib olduğu kiçik günahları sizin üçün bağışlayır. Əlbəttə, bu şərtlə ki, kiçik günaha israr və onu təkrar etməsin.”[5]

Rəvayətlərdə günahların bölgüsü

Əhli-beytin (ə) rəvayətlərində də günahlar kəbirə (böyük) və səğirə (kiçik) olmaqla iki qismə bölünür. İmam Sadiq (ə) Quran ayələrindən istifadə etməklə aşağıdakı əməlləri kəbirə günah hesab edir:[6]

1. "Allahın rəhmətindən naümid olmaq" (“Yüsif” 78),

2. "Allahın məkrindən əmin-amanlıq hissi keçirmək" (“Əraf” 99),

3. "Valideynə qarşı ağ olmaq" (“Məryəm” 32),

4. "Mömin insanı qəsdən qətlə yetirmək" (“Nisa” 93),

5. "Pak və iffətli qadınlara töhmət vurmaq" (“Nur” 23),

6. "Yetim malını mənimsəmək" (“Nisa” 10),

7. "Cihaddan qaçmaq" (“Ənfal” 16 ),

8. "Sələmçilik" (“Bəqərə” 277),

9. "Zina etmək" (“Furqan” 68-69),

10. "Xəyanət etmək" (Ali İmran” 161),

11. "Vacib zəkatı verməmək" (“Tövbə” 35),

12. "Sehrlə məşğul olmaq" (“Bəqərə” 102),

13. "Günah üçün yalandan and içmək" (“Ali İmran” 77),

14. "Əhd-peymanı pozmaq" (“Bəqərə” 27).[7]


Dünyadakı cəzaları ilə əlaqədar günahlar müxtəlif mərtəbələrə malikdir: bəzilərinin cəzası edamdır, o cümlədən qəsdən adam öldürmək, möhsinə zina və s. Bəzi günahların cəzası da şallaq zərbəsidir, o cümlədən qeyri-möhsinə zina, şərab içmək və s.[8]

Bəzi günahların cəzası isə kəffarə və cərimədən ibarətdir, o cümlədən orucu pozmaq, əhdi-peymanı pozmaq, anda xilaf çıxmaq və s. Bunların kəffarəsi (cəriməsi) oruc tutmaq, yaxud fəqirlərə təam verməkdir.[9]

Amma zinanın musiqi ilə müqayisəsinə gəldikdə isə, deməliyik ki, musiqiyə nisbətən zinanın haramlığı daha çoxdur. Çünki Peyğəmbərdən (s) və belə nəql olunur: “Ğina (musiqi) zinanın nərdivanıdır.”

İmam Sadiq (ə) da buyurur: “Ğina olan ev fəsad və əxlaqsızlıqdan amanda olmaz.”[10]

Bu iki rəvayətdə ğinaya qulaq asmaq zina etməyin müqəddiməsi hesab olunmuşdur. Amma, biz zinanın musiqiyə (haram ğina) qulaq asmaqdan 34 dəfə artıq günah olmasını deyən mətləbə dair bir dəlil tapmadıq.

İslam mədəniyyətində günahların müxtəlif mərhələləri vardır. Amma diqqət yetirmək lazımdır ki, günah nə qədər kiçik olsa da, Allah-taalanın yüksək və müqəddəs məqamına qarşı edildiyi üçün böyük sayır.

İmam Baqir (ə) buyurur: “Günahın kiçikliyinə yox, kimin müqabilində günaha cürət etdiyinə fikir ver.”[11]


[1] Əllamə Əsgəri, “İsmətul-ənbiya vər-rusul”, səh. 78

[2] “Loğman” surəsi, ayə: 13

[3] “Nisa”surəsi, ayə: 116

[4] “Nəcm” surəsi, ayə: 32

[5] عَنْ عَمَّارِ بْنِ مَرْوَانَ الْقَنْدِیِّ عَنْ عَبْدِ اللَّهِ بْنِ سِنَانٍ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع قَالَ لَا صَغِیرَةَ مَعَ الْإِصْرَارِ وَ لَا کَبِیرَةَ مَعَ الِاسْتِغْفَارِ

[6] “Vəsailuş-şiə”, 15-ci cild, səh. 319, hədis 2

[7] “Qurani-kərimdən 105 mövzu”, Əkbər Dehqan, səh. 210-212

[8] İslam cəza qanunlarının 3-cü maddəsindən – “İslam cəza qanunlarının şərhi”, Mürtəzəvi, səh. 1

[9] “Tovzihul-məsaile mərace”, orucun hökmləri, əhdin hökmləri və s.

[10] “Suallar və cavablar”, səh. 22, “Musiqinin hökmləri”, səh. 32

[11] “Biharul-ənvar”, 77-ci cild, səh. 168; “Əhli-beyt (əleyhimus-salam) hədislərində 150 mövzu”, Əkbər Dehqan, səh. 247


Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031