Hansı anaları uğurlu adlandırmaq olar?
Ana – anadır. Ancaq hər ana, ana ola bilmir. O, kəs ana adını əldə edə bilir ki, saleh övladlar yetişdirə bilsin. İslam dini anaya xüsusi məqam bəxş etmiş və onu əziz tutmuşdur.
Həzrət Peyğəmbər (s) buyurur: “Behişt anaların ayaqları altındadır”. Əgər ana ruhi və cismi cəhətdən sağlam olarsa, cəmiyyətə ruhu və cismi sağlam olan övladlar verə bilər. Çox təəssüf ki, müasir dövrdə bəzi analar öz vəzifələrini unudublar. Onun əvəzinə peşələrində müvəffəq olmağı üstün tuturlar. Evdən xaricdə xidmət etmək istəyirlər. Nəticədə valideyni olan uşaqlar yetim kimi böyüyər. Nə sevgi görər və nə də məhəbbət göstərə bilər. Napoleon deyərdi: “Anaların bir əli ilə beşik yelləyər, biri ilə dünyanı tərpədər”. Napoleon demək istəyir ki, anaların tarixdəki rolları böyük olmuşdur. Bunu qeyd etmək lazımdır ki, tərbiyədə beş şey çox mühümdür: 1. Öyrədən. 2. Öyrənən. 3. Öyrətmə üsulu. 4. Öyrənəcəyi mövzu. 5. Öyrənmə mühiti. Bu tərbiyədə başlıca rolu ana oynayır. Ana həm bir insandır və həm də insanlar yetişdirəndir. Müvəffəq ana o kəsdir ki, öz vəzifəsini yaxşı bilər və onlara əməl edər. Hər nə qədər hədəf böyük olarsa, daha dərin agahlığa ehtiyac vardır. Ananın müvəffəq olmasına təsir edən amillər çoxdur. Hər bir halda ananın ancaq bir vəzifəsi yoxdur, onun vəzifələri çoxdur. Cəmiyyət istəyir ki, ana bu vəzifələrinə əməl edərək, cəmiyyətə sağlam övladlar təhvil versin. Ana istər ailədə olsun, istərsə də cəmiyyətdə – anadır. O, müəllim kimi ancaq təlim vermir, həm də bir məsləhətçidir, bir sənətkardır, bir örnək və nümunədir. Müvəffəq ana o kəsdir ki, ilk olaraq öz nəfsini islah edər və öz tərbiyəsi ilə məşğul olar, sonra övladlarını tərbiyə edər. Ana öz rəftar və davranışlarına diqqət etməli və övladları üçün nümunə olmalıdır. Ananın boynuna düşən vəzifələrin bəzisi ilə tanış olaq: 1. Həyat yoldaşının şəriki olar. Həm qəm və həm də şadlıqda ona həmdəm olar. 2. Övlad dünyaya gətirər və nəslini davam etdirər. 3. Övladına süd verər və övladının sağlam böyüməsi üçün əlindən gələni edər. 4. Övladına dini, əxlaqi tərbiyə verər və onu saleh bir insan kimi yetişdirər. 5. Övladlarının və həyat yoldaşının ruhi ehtiyaclarını təmin edər. 6. Ailə üzvlərinin sağlam qidalanmasına diqqət edər. 7. Ailə büdcəsinin artmasına yardım edər. İstər evdə olsun, istərsə də evdən xaricdə. 8. Ana şəxsiyyətlər tərbiyə edər və bir müəllim rolunu oynayar. 9. Ailə üzvlərinin əxlaqını islah edər. 10. Ana övladına cəmiyyətin mədəniyyət dəyərlərini ötürər. 11. Ana yaxşı məsləhət verəndir. 12. Ailədə insan yetişdirər. 13. Həyat yoldaşının dayağı olar. 14. Övladının təhsilinə xüsusi diqqət göstərər. 15. Ana ailə işlərini tənzim edəndir. 16. Ana bəzən övladı üçün ata da belə ola bilir. Ailə başçısının şəhid olduğu ailələrə nəzər salanda, bunu aydın görmək olar. Hər bir halda müvəffəq ana o kəsdir ki, öz vəzifəsini yaxşı bilər və ona əməl edər. /Deyerler.org/ Oxşar xəbərlər
|