Zülmün üçüncü növündən xüsusən qorunmaq lazımdır
Mьəllif: admin1
Tarix: 20-02-2020, 10:42
Zülmün üçüncü növündən xüsusən qorunmaq lazımdır
Qurani-Kərim buyurur: “Beləliklə, zülm etmiş dəstənin kökü və nəsli kəsildi. Həmd və şükür – aləmin və aləmdəkilərin Rəbbi olan tək Allaha məxsusdur”. (“Ənam” 45).

Bu ayə Qiyamət barəsində nazil olmuşdur və Uca Allah bu ayədə zalımların kökünü kəsdiyi üçün həmd və şükür edir. Zülm, Qiyamət günü zülmətli şəkildə zalımın ətrafını bürüyəcəkdir.

İmam Əli (ə) buyurur: “Axirət üçün ən pis azuqə - (Allah) bəndələrinə zülm etməkdir”.

Hamımız yaxşı bilirik ki, dünya axirət üçün azuqə toplamaq yeridir. Hər kəs öz halına uyğun qədər azuqə toplayar.

Quranın nəzərinə görə, ən üstün azuqə – təqvadır. “Allah etdiyiniz hər bir yaxşı işi bilir. Özünüz üçün azuqə götürün ki, ən yaxşı azuqə – təqvadır. Məndən qorxun, ey ağıl sahibləri!”. (“Bəqərə” 197).

Ancaq çox təəssüf ki, insanlar çox vaxt təqva yerinə zülmü seçirlər və başqalarına züm edərək, ən pis azuqə toplamış olurlar.

Allah bəndənin özünə etdiyi zülmü bağışlayar və tövbəni qəbul edər. Hətta bəndə tövbə etməsə belə, Allah Öz haqqından keçə bilər. Ancaq o yerdə ki, söhbət digər bəndələrə zülmdən düşər – belə bir günah nə tövbə suyu ilə yuyular, nə də şəfaət yolu ilə bağışlanar. Bu səbəbdəndir ki, dinimiz onu ən pis azuqə hesab etmişdir.

İslamın nəzərinə görə, zülm üç dəstəyə bölünür: özünə edilən zülm, Allaha edilən zülm və insanlara edilən zülm.

Allah zülmün iki növünü tövbə yolu ilə bağışlayar. Ancaq o yerdə ki, haqqun-nas olar – işlər korlanar. İmam Əli (ə) zülmün üçüncü növü barəsində buyurur:

“Ancaq boş buraxılmayan zülm o zülmdür ki, bəndələr bir-birinə qarşı edərlər. Qisas bu yerdə şiddətlidir. Bu qisas bıçaqla yaralamaq və ya şallaqla vurmaq deyildir. Bu, elə bir şeydir ki, bunlar onun qarşısında heç nədir”.

İmam Əli (ə) buyurur ki, haqqun-nasın cəzası çox ağırdır. Əgər möminin boynunda haqqun-nas olarsa, o zaman axirətə çox pis azuqə ilə gəlmiş olacaqdır. Bu günaha görə nə şəfaətin təsiri olar, nə də tövbənin.

Ona görə də hələ ki, fürsət var, halallıq alıb tövbə etmək lazımdır.

Allah Təala bizlərə haqqun-nassız aqibət qismət eləsin.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031