Ruh nədir, Ruhul-Qudus nədir və Ruhul-Əmin nədir?
Əllamə Təbatəbainin nəzərinə görə, Ruhul-Qudus ilə Ruhul-Əmin – Həzrət Cəbrayildir. Ancaq Ruh dedikdə, Cəbrayil (ə) nəzərdə tutulmur.
Ruhul-Qudus sözü Quranda 5 dəfə işlənmişdir. Ruhul-Əmin sözü isə 1 dəfə. “De: Bu (Quranı) Ruhul-Qudus (Cəbrail, xəta və günah çirkindən pak olan ruh) Rəbbin tərəfindən haqq olaraq (və uca və əqli bir məqsəd üçün) tədricən nazil etmişdir ki, iman gətirənləri sabitqədəm etsin və müsəlmanlar üçün hidayət və müjdə olsun”. (“Nəhl” 102). Alim bu ayənin təfsirində yazır ki, “Ruhul-Qudus həmin o şeydir ki, Quran onu Ruhul-Əmin adlandırmışdır. Başqa yerdə isə Cəbrayil (ə) adlandırmışdır”. Alimin bu dediklərindən belə nəticəyə gəlmək olur ki, Ruhul-Qudus və Ruhul-Əmin həmin Cəbrayildir. Ancaq Ruh, Cəbrayilə aid edilmir. Alim buyurur: “Zahirdə belə görünür ki, Ruh deyildikdə, Allahın əmrində olan ruh nəzərdə tutulur. Necə ki, Özü Quranda buyurmuşdur: “Səndən (hər bir canlının həyat mənbəyi olan) ruh(un həqiqəti və sifətləri) barəsində soruşurlar, de: Ruh mənim Rəbbimin əmrindən (meydana gəlmiş)dir (və onun hər hansı bir canlıda qalması və yox olması da Onun əmri ilədir) və sizə elmdən (xüsusilə ruhun həqiqəti barəsində olan elmdən) yalnız az (bir miqdar) verilmişdir”. (“İsra” 85). Bu Ruh – mələk deyildir. Necə ki, buyurur: “Mələkləri Öz əmri ilə ruhla (vəhy və Qur’anla) birlikdə bəndələrindən istədiyinə nazil edir ki, xəbərdarlıq edin: Məndən başqa bir məbud yoxdur, odur ki, Məndən qorxun!”. (“Nəhl” 2). Burada söhbət Cəbrayildən getmir, bəlkə başqa bir varlıqdan gedir ki, mələk deyildir. “Qədr” surəsində də bunu aydın şəkildə görmək olur: “O gecə mələklər və Ruh (Cəbrail, ya mələklərdən olmayan başqa bir şərəfli varlıq) Rəbbinin izni ilə (həmin gecədən gələn ilin Qədr gecəsinədək dünyada baş verəcək) hər bir iş(in təqdir, tənzim və sabit edilməsin)dən ötrü yerə enər”. (“Qədr”, 4). /Deyerler.org/ Oxşar xəbərlər
|