Vicdan nədir?
Mьəllif: admin1
Tarix: 19-02-2024, 10:21
Vicdan nədir?
Allah Təala hər bir insanın batininə kiçik bir hakim qoymuşdur ki, onun əməllərini hesaba çəksin. Bu hakimin gördüyü əməllər, Qiyamət gününün məhkəməsinə bənzəyir.

Bu məhkəmə – elə həmin vicdandır. O zaman ki, insan yaxşı işlər görər – vicdanı onu tərifləyər və mədh edər. O zaman ki, pis işlər görər – məzəmmət edər və danlayar. Peşman olmasına səbəb olar.

Həzrət Peyğəmbər (s) buyurur ki, doğruluq, qəlbə əminlik hissi verər və yalan isə qəlbdə şəkkə səbəb olar.

Elə bir rabitə vardır ki, insan qəlbi doğru sözü tez qəbul edər. Ancaq yalan sözü şübhə ilə qəbul edər.

Buna görə də deyə bilərik ki, vicdan – batini dərkdir. İnsana bunu heç kəs öyrətməyibdir. İnsan fitri olaraq dərk edir ki, nə doğrudur və nə yalandır.

Vicdanı insan əməlinə nəzarət edən gözətçi də hesab etmək olar. O şey ki, insan həyatı üçün təhlükəli olar – onu insandan dəf edər və uzaqlaşdırar. O şey ki, insan üçün faydalıdır – onu insana rəva bilər.

Vicdanlı rəftar – o rəftardır ki, onda yalan və xəyanət olmaz. Riya və fırıldaq olmaz. Təbii rəftardır ki, daxili razılıqla əlaqədədir. Hər kimin vicdani rəftarı olar, qəlbi aram və rahat olar.

İnsan həmin əməlinə görə nigaran olmaz. Günah və peşmançılıq hiss etməz. Çünki, bütün bu rəftarları daxili hakimin hakimiyyəti altında baş verir.

Allah Təala insana həm zahiri və həm də batini hidayətçilər vermişdir ki, Qiyamət günü bəhanəsi olmasın. Əgər insan zahiri hidayətçiləri görməsə belə, batini hidayətçisi olan vicdan onu daima doğru yola hidayət edər və pis yollardan çəkindirər.

“Qəlbləri diri (və vicdanları haqqı qəbul etməyə hazır) olan kəsləri qorxutsun və (Allahın) söz(ü və Cəhənnəm vədi) kafirlərin barəsində gerçək olsun”. (“Yasin”, 70).

Vicdanın sözünə qulaq asaq və haqq olan işlərin dalınca gedək, çünki vicdan – bizi haqq vadisinə aparan gəmidir. Əgər bu gəmidən enmək istəsəniz və ya itaətsizlik edib onun dediklərinə qulaq asmasanız, ziyan çəkən özünüz olacaqsınız.

“Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər”. (“Tövbə” 8).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031