Bütün insanlardan alınmış əhd
Mьəllif: admin1
Tarix: 24-02-2020, 23:05
Bütün insanlardan alınmış əhd
Qurani-Kərimdə buyurulur: “O zaman sənin Rəbbin Adəm övladlarından – onların bellərindən övladlarını çıxartdı (tarix boyu tədricən onları bir-birinin belindən dünyaya gətirdi) və onları (ağıllarının dərk etməsi və peyğəmbərlərin təbliği vasitəsilə) özlərinə şahid tutdu ki: «Mən sizin Rəbbiniz deyiləmmi?».

(Ağıl nemətindən və peyğəmbərlərin dəvətindən məhrum olanlardan başqa) onların hamısı: «Bəli, (Rəbbimiz olmağına) şəhadət verdik» dedilər.

(Allah belə etdi ki,) məbada Qiyamət günü «biz bundan (tövhid və rübubiyyətdən) qafil idik» deyəsiniz.

Yaxud «həqiqətən atalarımız bizdən əvvəl (Allaha) şərik qoşdular və biz onlardan sonra olan övladlar (və təbii ki, onlara tabe) idik, məgər bizi batilə yönələnlərin etdiklərinə görə həlakmı edəcəksən?!»”. (“Əraf” 172-173).

Heç kəs deyə bilməz ki, atalarımız şirk içində idilər və Allahı inkar edirdilər, mən də çarəsiz olaraq onlara təqlid etmişəm. Bu məsələdə çarəsizliyin yeri yoxdur. Çünki Allah Təala peyğəmbərlərini (ə) göndərərək, insanlara hüccətini tamamlamış və nadanları agah etmişdir.

Necə ki, Peyğəmbərinə (s) buyurmuşdur: “Belə isə, öyüd-nəsihət ver ki, sən (Peyğəmbər olaraq) ancaq öyüd-nəsihət verənsən. Sən onların üzərində hakim deyilsən (onların qəlbinə hakim deyilsən ki, onları iman gətirməyə məcbur edəsən, nə də onların cəmiyyətlərinə hakim deyilsən ki, zorla hökm yürüdəsən və nə onların talelərinə hakim deyilsən ki, onlara axirət cəzası verəsən)”. (“Ğaşiyə” 21-22).

Allah Təala onların özündən şəhadət almışdır ki, Qiyamət günü deməsinlər ki, biz Allahın rübubiyyətinə diqqət etməmişik. Bizim üçün heç bir dəlil və sübut yox idi. Ağlımız da elə inkişaf etməmişdir ki, özümüz rübuiyyət məqamını dərk edək.

Onlar deyə bilməz ki, atalarımız müşrik olduğu üçün, biz də müşrik olmuşuq və onların yolu ilə getmişik. Onlar tərəfindən tərbiyə aldığımız üçün bu yolun doğru olduğunu hesab etmişik. Xeyr, belə deyildir.

Allah bu cür bəhanələr üçün yer qoymamış və həm batini və həm də xarici peyğəmbərləri (ə) ilə insanları doğru yola hidayət etmişdir. Bu insandır ki, Allaha itaət etmək və etməməkdə muxtar və ixtiyar sahibidir. Ona görə də qazandığı günah da özünə aiddir, atalarına deyil.

“Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. (“Bəqərə” 27).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031