‘Duxan’ surəsini oxumağın fəziləti
Mьəllif: admin1
Tarix: 28-02-2020, 17:18
‘Duxan’ surəsini oxumağın fəziləti
“Duxan“ surəsi Məkkədə nazil olmuş və 59 ayədən ibarətdir.

“Həvamim“ adlanan (“Ha-mim“lə başlanan) yeddi surədən biri də “Duxan“ surəsidir. Məkkədə nazil olduğunu nəzərə alaraq, onun ümumi möhtəvasına tövhid, məad və Quran bəhsləri daxildir.

Ayələrdə bu bəhslərin nizamla düzülüşü sanki qafil və yatmış qəlblərə möhkəm bir zərbə endirir, onları iman, təqva, haqq və ədalətə dəvət edir.

1. Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur:

مَنْ قَرَأَ حم اَلدُّخَانَ فِي لَيْلَةِ جُمُعَةٍ أَوْ يَوْمِ جُمُعَةٍ بَنَى اَللَّهُ لَهُ بَيْتاً فِي اَلْجَنَّةِ

““Duxan“ surəsini cümə axşamı və cümə günü oxuyana Allah Behiştdə bir ev tikər“.

O həzrət (s) başqa bir hədisdə belə buyurmuşdur:

مَنْ قَرَأَ حم اَلدُّخَانَ فِي لَيْلَةٍ أَصْبَحَ يَسْتَغْفِرُونَ لَهُ سَبْعُونَ أَلْفَ مَلَكٍ.

““Duxan“ surəsini gecə oxuyaraq sübh edənin günahlarının bağışlanmasını yetmiş min mələk diləyər“.

2. Əbu Həmzə Somali İmam Baqirin (ə) belə buyurduğunu nəql etmişdir:

مَنْ قَرَأَ سُورَةَاَلدُّخَانِ فِي فَرَائِضِهِ وَ نَوَافِلِهِ بَعَثَهُ اَللَّهُ مِنَ اَلْآمِنِينَ يَوْمَ اَلْقِيَامَةِ وَ أَظَلَّهُ تَحْتَ عَرْشِهِ وَ حَاسَبَهُ حِسَاباً يَسِيراً وَ أَعْطَاهُ كِتَابَهُ بِيَمِينِهِ.

“Vacib və müstəhəb namazlarda “Duxan“ surəsini oxuyan şəxsi Allah Qiyamətə əmin-amanlıqda olan zümrə ilə birgə gətirər, ərşinin kölgəsində qərar verər, onun hesabını asanlaşdırar və əməl dəftərini sağ əlinə verər“. (“Məcməül-bəyan“, 9-cu cild, “Duxan“ surəsinin başlanğıcı; “Təfsiri-nümunə“, 21-ci cild, səh.145).

Maide.Az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031