Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür
İmam Əli (ə) düşünmək barəsində buyurur:
“Düşünmək yaxşılığa və ona əməl etməyə çağırar.” [1] “Kim düşünsə gözü açılar.”[2] “Hər kim öyrəndiyi şey barədə çox düşünsə, öz biliyini gücləndirər və başa düşmədiklərini anlayar.” [3] “Heç bir bilik düşünmək qədər deyil.” [4] “Düşüncə saf bir güzgüdür.”[5] İmam Həsən (ə) buyurur: “Düşünmək bəsirət sahibinin ruhunu diri saxlar.” [6] “Sizə ilahi təqvanı və davamlı düşünməyi tövsiyə edirəm. Çünki düşünmək bütün yaxşılıqların ata-anasıdır.” [7] İmam Sadiq (ə) buyurur: “Düşünmək yaxşılıqların aynası və pisliklərin örtüyüdür.” [8] Düşünmək kimi ibadət yoxdur. Əbuzərin anasından Əbüzərin ibadəti barədə soruşdular. O, dedi: “Bütün insanlardan kənar gəzər və düşünərdi.” [9] İmam Sadiq (ə) buyurur: “Ən üstün ibadət Allah və Onun qüdrəti barədə həmişə düşünməkdir.” [10] “Yalnız ağıl sahibləri ibrət alarlar.”[11] İmam Sadiq (ə) buyurur: “Bir saat düşünmək bir il ibadətdən daha yaxşıdır.” [12] [1] Bəqərə, ayə 219 [2] Nəhcül-Bəlağə, məktub 31 [3] Ğurərul-hikəm, hədis 8917 [4] Nəhcül-Bəlağə, hikmət 113 [5] Nəhcül-Bəlağə, hikmət 5 [6] Biharul-Ənvar, c. 78, səh. 115, hədis 11 [7] Tənbihul Xəvatir, c. 78, səh.52 [8] Biharul-Ənvar, c. 71, səh. 326, hədis 20 [9] Tənbihul-xəvatir, c. 1, səh. 250 [10] əl-Kafi, c. 2, səh. 55, hədis 3 [11] əl-Kafi, c. 2, səh. 55, hədis 5 [12] Biharul-Ənvar, c.71, səh. 327, hədis 22 (ahliman.info) Oxşar xəbərlər
|