Təvəssül etməyin şərtləri
Mьəllif: admin1
Tarix: 1-03-2020, 10:49
Təvəssül etməyin şərtləri
Məsum İmamlara (ə) təvəssül etmək elə bir mövzulardandır ki, onu həm ağıl və həm də dinimiz bəyənir, qəbul edir. Həzrət Peyğəmbərin (s) özü və Məsum İmamlarımız (ə) dualarımızda onlara təvəssül etməyi həmişə tösiyə etmişdilər.

Təvəssül etməyin həqiqəti Allaha yaxşı əməl görərək yaxınlaşmaqdır.

Yəni, Allahın iradəsinə söykənərək, mübarək şəxslərdən vasitə kimi istifadə etməkdir. “Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın”. (“Maidə” 35).

“Biz hər bir peyğəmbəri, yalnız Allahın kömək və izni ilə itaət olunmaq üçün göndərmişdik. Əgər onlar özlərinə zülm etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də (Allahdan) onlar üçün bağışlanmaq diləsəydi, şübhəsiz Allahın çox tövbə qəbul edən və mehriban olduğunu görərdilər”. (“Nisa” 64).

Təvəssül etmək insanın aqibətini xeyirli edən əməllərdəndir. Ancaq bu mühüm əməlin özünün də şərtləri vardır ki, onlarla tanış olaq:

1. Niyyət xalis olmalıdır. İmam Əli (ə) buyurur: “İlahi bəxşiş – niyyətin (ixlasının) ölçüsünə görədir”.

2. Təvəssül edən zaman hacət məntiqli olmalı və dini çərçivədə olmalıdır.

3. Təvəssülün və duanın yerinə yetməsinin ən mühüm şərti – iman və saleh əməldir. O kəs ki, Allahla bağlı əhdinə əməl etməz, hacətinin tez yerinə yetməsinin intizarında olmasın.

4. Ümid etmək. Bəzən insanın duasının yerinə yetməsinin zamanı hələ gəlib çatmayıbdır. Ona görə də uzun zaman dua edir və İmamlara (ə) təvəssül edir. Bu yolla Allahla olan rabitəsi möhkəmlənir. Əslində təvəssül və dua etmək – Allahın bəndəsinə olan lütfünün nişanəsidir.

Belə bir bəndə dua və təvəssül yolu ilə özünü İlahi qürbə daha da yaxınlaşdırar. Mühüm olan budur ki, məyus və ümidsiz olmasın.

5. Bəzən bir duanın yerinə yetməsi insanın faydasına olmaz. “Çox vaxt bir şeyi xoşlamırsınız, halbuki, o, sizin üçün xeyirlidir və çox vaxt bir şeyi xoşlayırsınız, halbuki, o, sizin üçün pisdir. Allah bilir, siz isə bilmirsiniz”. (“Bəqərə” 216).



www.ahliman.info
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031