Evlilik insanı necə dəyişdirir?
Mьəllif: admin1
Tarix: 18-03-2023, 20:27
Evlilik insanı necə dəyişdirir?
Dinimizin nəzərinə görə, insan tək olan halda kamil olmaz. Hər kim öz məsuliyyətini dərk edərək evlənərsə, o zaman kamal yoluna qədəm basa bilər. İnsan evləndikdən sonra şəxsiyyəti dəyişər və məsuliyyətli bir insan şəxsiyyətinə çevrilər.

Çünki artıq qorumalı olduğu və ehtiyaclarını təmin etməli olduğu həyat yoldaşı vardır. İnsan evləndikdən sonra qalan istedadlarını işə salar və ailəsini təmin etmək üçün səy göstərər. Başqa sözlə desək, onda ictimai məsuliyyət hissi yaranar. Gizli istedaları çiçəklənər və tərəqqi etməsinə səbəb olar.

Allah Təala insanı elə xəlq etmişdir ki, qarşı cins olmadan naqis olar. Kişinin qadına ehtiyacı vardır, qadının da kişiyə. Hər ikisi ruhi və cismi cəhətdən bir-birindən asılı olarlar. Bir-birinin yardımı ilə tərəqqi edərlər.

“Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tövhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).

Evli insan ruhi cəhətdən aram olar, çünki həyat yoldaşı onun tənhalıq hissini aradan aparmış olar. Bu aramlıq hissi onun fikrinə, ruhuna təsirlər qoyar və nə qədər dəyərli bir insan olmasını ona aşılayar.

Evliliyin başqa faydalarından biri budur ki, övlad dünyaya gətirib, tərbiyə edər və cəmiyyətə sağlam və saleh övladlar təhvil verərlər.

İnsanda ruhi kamal hissi vardır ki, ancaq evlilik onu təkamülə çatdıra bilər. Ona görə də evlilik öz təbii halından xaric olmağın ilk mərhələsidir. Evli insan tək deyildir. “Mən” sözü artıq “biz” sözünə çevrilmişdir. İnsan ailəsinə o qədər bağlanar ki, özü başqalarının rahatlığı üçün əziyyətə girər və zəhmət çəkər.

Ona görə də ey cavanlar! Evliliyin faydalarına diqqət edin və ailə qurun. Ancaq bu zaman həqiqi kamala çata bilərsiniz.
(Deyerler.org/)

Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031