Rəcəb ayında ən yaxşı fürsət nədir? Ayətullah Cavadi Amulidən gözəl resept
Mьəllif: admin1
Tarix: 28-01-2023, 23:10
Rəcəb ayında ən yaxşı fürsət nədir? Ayətullah Cavadi Amulidən gözəl resept
12 ayın arasında Rəcəb ayının xüsusi yeri vardır. Ayətullah Cavadi Amuli bu ay haqqında buyurur:

“Rəcəb ayı – tutum istəmək ayıdır. Bu doğrudur ki, gördüyümüz bəzi pis işlər tutumumuzu bizdən almışdır. Allah bağışlayan olduğu üçün, Ondan tutum verməsini istəyin, ləyaqət istəyin”.

Bu ayda edilən dua və ibadətlərin xüsusi əhəmiyyəti vardır. İmam Baqirdən (ə) gələn hədisdə oxuyuruq: “Heç bir salamatlıq, qəlb salamatlığı kimi deyildir.

Əgər insanın qəlbi sağlam olarsa, bu, insanı kontrol edər. Qəlbi ona görə qəlb adlandırırlar ki, daima dalğalanmaqdadır. Qəlbin işi – dəyişmək, dalğalanmaq və inqilabdır.

Əgər insan onu yumşaldıb öz yerində əyləşdirmək istəyirsə, gərək səbir etsin. Əgər o, öz yerində əyləşərsə, öz əli altında olan hər şeyə yaxşı başçılıq edər”.

Bəli, qəlb – dəyişməyi sevən bir üzvdür. Əgər onu lazımi yerə müəyyənləşdirə bilsək, o zaman o, hər şeyə hakim olar və insanı itaətkar edər.

Ancaq əgər qəlbin qapısı bağlı olarsa, insan haqqı batildən seçə bilməz. Düzgün qərar verə bilməz, düzgün rəhbərlik edə bilməz.

Ona görə də Ayətullah Cavadi Amuli tövsiyə edir ki, bu aydan qəlbimizi paklamaq üçün istifadə edək və onu fürsət bilək.

Alim buyurur: “Əgər insan öz varlığının gövhərini tanıyarsa, özünü ucuz satmaz. O şey ki, əbədi deyildir – insanı tərk edər. Əgər bu gövhərin əbədi olduğunu bilərsə, gərək azuqəni necə toplayacağı barəsində düşünsün”.

Xilqətin sirri – ibadətdədir. İbadətin mahiyyəti bundadır ki, insan hər bir sahədə Allah bəndəsi olsun. Bu bəndəlik isə hər kəsə nəsib olmur.

Ona görə də Rəcəb ayını fürsət bilib, Allahdan qəlbimizi paklamasını və bizə tutum verməsini istəyək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031