“Kafirun” surəsi niyə nazil olmuşdu?
Nəql edilir ki, Vəlid ibni Müğeyrə, As ibni Vail, Əsvəd ibni Mətləb Həzrət Peyğəmbərlə (s) görüşən zaman ona deyirlər: “Ya Muhəmməd! Gəl tanrılarımızı bir-birinin üzərinə qoyaq və biz sənin Allahına pərəstiş edək, sən də bizim tanrılarımıza. Nəticədə kin və küdurət aradan gedəcəkdir. Hamı müştərək tanrılara pərəstiş edəcəklər.
Ya bizim məbudumuz haqdır, ya da sənin Məbudun. Əgər bizim məbudumuz haqdırsa, aldanmazsa və onlara ibadət etməkdən fayda apararsan. Əgər sənin Məbudun haqdırsa, biz aldanmarıq və Ona pərəstiş etməkdən fayda aparmış olarıq”. Bu sualın cavabında Allah Təala “Kafirun” surəsini nazil edir və buyurur ki: “Ya Peyğəmbər!) De: «Ey kafirlər (ey Məkkə müşrikləri və bütpərəstləri), Mən sizin ibadət etdiyiniz şeyə əsla ibadət etmərəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz, Və nə də mən əsla sizin ibadət etdiyinizə ibadət edənəm. Və nə də siz əsla mənim ibadət etdiyimə ibadət edənsiniz. Sizin dininiz sizə məxsusdur, mənim dinim də mənə məxsusdur»”. Bu surədə ayələr ona görə təkrar olur ki, kafirlər qəflətdən ayılsın və nə sayıqladıqlarının həqiqətini dərk etsinlər. Bilsinlər ki, Allah yeganədir və tayı-bərabəri yoxdur ki, Ona şərik olsun. Kafirlər bilsinlər ki, Həzrət Peyğəmbər (s) heç bir zaman onların pərəstiş etdiklərinə pərəstiş etməyəcəkdir. Allah Təala bizləri Həzrətin (s) yolunda səbitqədəm olanlardan qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|