Hansı insanlar Quranda məzəmmət olunur?
Mьəllif: admin1
Tarix: 5-03-2020, 14:15
Hansı insanlar Quranda məzəmmət olunur?
Allah Təala Qurani-Kərimdə insanı bəzən mədh edir, bəzən isə məzəmmət edir. Bəs hansı insanlar Allahın məzəmmətinə düçar olublar?

Onlardan bəzilərinə nəzər salaq.

1. Zalımlar və cahillər.“Həqiqətən, o (təbiətən özünə) zülm edən və (yüklənməsinin aqibətlərindən) cahil idi”. (“Əhzab 72).

2. Naşükürlər. “İnsan çox nankordur”. (“Həcc” 66)

3. Azgın insanlar. “(İnsan bu nemətlər üçün şükür edirmi?! Xeyr) Belə deyil, (əksinə insan) həqiqətən, azğınlıq edər! Özünü ehtiyacsız gördüyü üçün”. (“Ələq” 6-7).

4. Yersiz tələsən insanlar. “İnsan (həqiqəti bilmədiyi üçün, yaxud qəzəb halında Allahdan) xeyir istədiyi kimi, şər və zərər (də) istəyir. İnsan (təbiətcə) tələsəndir (nəfsi istəklərinin tələb etdiyi şeyi onun aqibətini düşünmədən istəyir)”. (“İsra” 11).

5. İsraf edənlər. “İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstə yatanda, oturanda, ayaq üstə – (dua edərək) Bizi çağırar. Elə ki, çətinlik və ziyanı ondan götürürük, Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər!

İsraf edənlərə etdikləri əməllər beləcə zinətləndirilmişdir”. (“Yunus” 12).

6. Xəsislik edənlər. De: «Əgər siz mənim Rəbbimin rəhmət xəzinələrinə malik olsaydınız, onda, xərcləmək (vasitəsilə xəzinələrin qurtarması) qorxusundan mütləq xəsislik edərdiniz. İnsan (zatı ehtiyac və yoxsulluq üzündən təbiətcə) həmişə xəsisdir”. (“İsra” 100).

7. Düşmənçilik edənlər. “Həqiqətən bu Qur’anda insanlar üçün hər cür məsəl gətirdik, amma insan hər şeydən çox düşmənçilik və ədavət aparandır”. (“Kəhf” 54).

8. Həris insanlar. “Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar”. (“Məaric” 19-21).

9. Nemət çatan zaman xəsis və simic olanlar. “Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar”. (“Məaric” 19-21).

Allah Təala bizləri by alçaq xislətlərdən amanda saxlasın!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031