İmam Zamanın (ə.f) adı, ləqəbləri və künyələri hansılardır?
Mьəllif: admin1
Tarix: 6-03-2020, 22:19
İmam Zamanın (ə.f) adı, ləqəbləri və künyələri hansılardır?
Həzrət Məhdinin (ə.f) əsl adı Muhəmməddir. Peyğəmbərimiz (s) ona həmin adı qoymuş və belə buyur­muşdur: “Onun adı mənim adımdır və künyəsi mənim künyəmdir”.

Həzrətin (ə.f) künyəsi Əbülqasimdir. Eləcə də Əbu Saleh, Abdullah, Əbu İbrahim, Əbu Cəfər və Əbülhəsən də onun künyələridir.[1]

Həzrətin (ə.f) ləqəbləri çoxdur, o cümlədən aşağıdakı­lar onun ləqəbləridir:

1) Məhdi: Həzrətin (ə.f) ən məşhur ləqəbi “Məhdi”dir. Məhdi “hidayət” sözünün ismi-məsdəridir, mənası “Allah tərəfindən doğru yola yönəldirilən şəxs”dir.

İmam Sadiq (ə) bir hədisdə belə buyurmuşdur: “O Həzrəti “Məhdi” adlan­dırırlar. Çünki o, insanları itirdikləri doğru yola istiqamət­ləndirəcək”.

Həmçinin İmam Baqir (ə) buyurub: “Onu “Məhdi” adlandırıblar, çünki gizli qalan məsələyə (həqiqi İslama) doğru hidayət edəcək”.[2]

2) Qaim: Bu adın mənası “haqla qiyam edən”dir. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Onu bu səbəbdən “Qaim” adlandırıblar ki, adı unudulduqdan sonra qiyam edəcək”.[3]

İmam Cavad (ə) “Onu nə üçün “Qaim” adlandırırlar” sualının cavabında belə buyurub: “Çünki onun adı xatirə­lərdən unudulduqdan və imamlığına inananların əksəriyyəti Allahın dinindən döndükdən sonra qiyam edəcək”.[4]

3) Mənsur: İmam Baqir (ə) «من قتل مظلوما» (haqsız yerə öldürülən məzlum bir şəxs) ayəsinin təfsirində buyurub: “O, Hüseyn ibn Əlidir (ə) və mübarək ayənin qalan hissəsi olan «فقد جعلنا لوليه سلطانا فلا يشرف في القتل انه کان منصورا» (Sahibinə bir ixtiyar verdik. Lakin o da qətl etməkdə ifrata varmasın. Çünki ona artıq kömək olunmuşdur)[5] ayəsində İmam Zaman (ə.f) nəzərdə tutulur, necə ki Allah Əhməd və Muhəmmədi “Mahmud”, İsanı isə “Məsih” adlandırıb”.[6]

4) Müntəzir: İmam Cavaddan (ə) soruşdular: “Nə üçün ona “Müntəzir” deyirlər?” Buyurdu: “Çünki o, uzun müddət qeybə çəkiləcək və o Həzrəti (ə.f) sevənlər onun gəlişini gözləyəcəklər və şübhəyə düşənlər inkar edəcəklər”.[7]

5) Bəqiyyətullah: Belə rəvayət edilir ki, o Həzrət (ə.f) zühur etdikdə arxası Kəbəyə duracaq və 313 kişi ətrafına toplaşacaq, buyuracağı ilk söz bu ayə olacaq: «بقيه الله خير لکم ان کنتم مؤمنين» (Əgər möminsinizsə, (bilin) (ki,) Allahın saxladığı (nemətlər) sizin üçün daha xeyirlidir). [8]

Sonra o Həzrət (ə.f) buyurar: “Bəqiyyətullah (Allahın saxladığı) mənəm və Onun sizin üzərinizdə höccəti və xəlifəsi (mənəm)”. Belə ki hər bir salam verən şəxs ona salam verdikdə deyər: السلام عليک يا بقيه الله في ارضه (Salam olsun sənə, ey Bəqiyyətullah (yer üzündə sona saxlanılan)”. [9]

On ikinci imam bir çox dualarda və hədislərdə məhz bu ləqəblə çağırılmış və hədis ravilərinin əksəriyyəti həmin adı qeyd etmişlər.

Bu ləqəbdə digər imamların (ə) da şərik olmasına baxmayaraq, onların hamısı Allahın xalq üzərində höccəti sayılır, lakin sözügedən ləqəb sırf o Həzrətə (ə.f) o qədər aid edilir ki, hədislərdə hər hansı bir yerdə heç bir dəlil və sübut olmadan qeyd olunarsa, deməli, o Həzrət (ə.f) nəzərdə tutulur.

Bəzilərinin isə nəzərincə, o Həzrətin (ə.f) ləqəbi “Höccətullah”dır, mənası isə “Allahın bütün yaradılmışlar üzərində qələbəsi və ya hökmranlığı” deməkdir. Belə ki qeyd olunan hər iki anlayış o Həzrət (ə.f) vasitəsilə zühur edəcək. «انا حجه الله» (Mən Allahın höccətiyəm) o Həzrətin (ə.f) sonuncu imam olmasının göstəricisidir.[10]

Başqa ləqəbləri “Saleh xələf”, “Şərid (qovulmuş)”, “Qərim (tələbkar)”, “Muəmmil (gözlənən, həyata keçirilmiş arzu)”, “Müntəqəm”, Mae Muin (yer üzərində görünən və axan su), “Vəliyyullah”, “Sahibəz-zaman” və s.-dir. Daha ətraflı məlumat əldə etmək üçün “Muntəhəl-amal”, “Biharul-ənvar” və digər müvafiq kitablara müraciət etmək olar.


[1] Əzzam-əl Nasib, Şeyx Hairi Yəzdi, c.1, səh.483

[2] İsbatul-huda, Şeyx Hürr Amuli, c.7, səh.110-169

[3] Məaniül-əxbar, Şeyx Səduq, səh.65

[4] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.378

[5] İsra surəsi, 35-ci ayə

[6] Fırat Kufinin təfsiri, səh.240

[7] Kəmalüddin və Təmam ən-Nemə, Şeyx Səduq, səh.378

[8] Hud surəsi, 86-ci ayə

[9] Muntəhəl-amal, Muhəddis Qumi, c.2, səh.286

[10] Muntəhəl-amal, Muhəddis Qumi, c.2, səh.287


(ahliman.info)
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031