Əlini kəsən ərəbin hekayəsi
Bir gün Həzrət Peyğəmbər (s) Mədinə şəhərindən çıxır və görür ki, bir cahil ərəb quyudan dəvəsi üçün su çəkir.
Buyurur: “Elə bir insan (işçi) istəyirsənmi ki, dəvələrin üçün su çəksin?”. Deyir: “Bəli. Hər dəfə su çəkməyinə görə ona üç xurma verərəm”. Həzrət (s) razı olur. Bir vedrə su çəkir və əcri olan üç xurmanı alır. Beləcə səkkiz vedrə su çəkir, bu zaman kəndir qopur və vedrə suya düşür. Ərəb bu əməldən çox qəzəblənir və əli ilə Həzrətə (s) cürət edir. Həzrət (ə) öz mübarək əlini quyunun ortasında saxlayır və vedrəni sudan çıxardır. Özü isə Mədinəyə yollanır. Həmin ərəb Peyğəmbərdən (s) belə xoş rəftar görən zaman çox təəccüblənir. Sonra başa düşür ki, cürət etdiyi şəxs kimdir. Dəhşətli peşmançılıq çəkir. Özünə o qədər qəzəblənir ki, əlində olan bıçaqla Həzrətə (s) cürət etdiyi əlini kəsir. Özündən gedir və yerə yıxılır. Bu zaman həmin yerdən karvan keçirdi. Onlar ərəbi bu halda görürlər. Üzünə su vuran kimi özünə gəlir. Soruşurlar ki, sənə nə olmuşdur? Deyir ki, Peyğəmbərə (s) qarşı cürət etmişəm. Qorxuram ki, cəza alım. Ayağa qalxır və kəsdiyi əlini o biri əli ilə götürür və Həzrət Peyğəmbərin (s) ardınca gedir. Mədinədə Salmana rast gəlir. O, həmin ərəbi Həzrət Fatimənin (s.ə) evinə aparır. Həzrət Peyğəmbər (s) otaqda əyləşmişdi və İmam Hüseyni (ə) qucağına almışdı. Ərəb irəli gəldi və üzr istədi. Həzrət (s) buyurdu: “Niyə əlini kəsmisən?”. Dedi: “Mən sizə sillə vuran bir əli istəmirəm”. Həzrət (s) buyurdu: “İslama gəl və Allahın yeganə olmasına şəhadət ver”. Ərəb deyir: “Əgər siz haqlasınızsa, əlimi əvvəlki halına gətirin”. Həzrət (s) onun kəsilmiş əlini yerinə qoyur və deyir: “Bismilləhir-Rahmənir-Rahim!”. Nəfəs alır və qopmuş əlinin yerinə sığal çəkir. Ərəbin əli əvvəlki halına qayıdır. O, kəlmeyi-şəhadətləri deyib, iman gətirir. Bax, beləcə bircə nəfərin hidayət olması üçün əziz Peyğəmbərimiz (s) Allah yolunda bu qədər əziyyətlər çəkirdi… /Deyerler.org/ Oxşar xəbərlər
|