Küfr məğlubiyyətə məhkumdur
Mьəllif: admin1
Tarix: 10-03-2020, 18:03
Küfr məğlubiyyətə məhkumdur
Allah-Taala Qurani-Kərimin “Ali-İmran” surəsinin 12-ci ayəsində buyurur:

قُل لِّلَّذِينَ كَفَرُواْ سَتُغْلَبُونَ وَتُحْشَرُونَ إِلَى جَهَنَّمَ وَبِئْسَ الْمِهَادُ

“Kafir olanlara de ki, tezliklə məğlub olar və Cəhənnəmə doğru sürüklənərlər. Necə də pis yerdir!”

“Məcməul-bəyan”, “Kəbir” və “Məraği” təfsirlərində deyilir: Müsəlmanlar ikinci hicri ilində Bədr savaşında qalib gəldikləri vaxt yəhudilərdən bir dəstəsi dedi: “Bu qələbə Muhəmmədin haqq olmasının nişanəsidir. Çünki Tövratda deyilmişdir: “O, düşmənlərinə qalib gələr.”

Yəhudilərin digər bir dəstəsi isə belə dedi: “Tələsməyin, bəlkə o biri döyüşlərdə məğlub oldu.”

Üçüncü hicri ilində müsəlmanlar Ühüd savaşında məğlub olduqları vaxt həmin yəhudilər xoşhal oldular.

Ayə nazil oldu ki, tələsik mühakimə yürütməyin. Yaxın gələcəkdə məğlub olacaqsınız.

Çox çəkmədi ki, müsəlmanlar Mədinənin Bəni-Qürəyzə və Bəni-Nəzir yəhudilərini məğlub etdilər. Məkkənin fəthində isə müşriklər məğlub oldular.

Bildirişlər

1. Möminlərə təsəlli, kafirlərin hədələnməsi düzgün rəhbərlik və məqsədə inam nişanəsidir.

2. Quranın möcüzələrindən biri onun gələcək haqqındakı dəqiq xəbərləridir.

3. Xalq qalibdir və küfr məğlubiyyətə məhkumdur.

4. Düşmənin şayiələri və təbliğatları ilə mübarizə aparın.

5. Cəhənnəmlə sonuclanan məğlubiyyətlərdən qorxun. Adi halda hər bir döyüşdə məğlubiyyət ola bilər.(“Təfsiri-nur”, Ustad Möhsin Qəraəti, 2-ci cild, “Ali-İmran” surəsi, 12-ci ayənin təfsiri.)

Maide.az
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031