Bir günahkar insan, behiştlik olmaq üçün zəmanəti İmamdan (ə) necə aldı?
Mьəllif: admin1
Tarix: 10-03-2020, 23:20
Bir günahkar insan, behiştlik olmaq üçün zəmanəti İmamdan (ə) necə aldı?
Günah etmiş müsəlmanlardan biri İmam Sadiqin (ə) xidmətinə gəlir və deyir: “Mən tövbə etmək istəyirəm”.

Həzrət (ə) buyurur: “Həqiqətən tövbə etmək istəyirsən, yoxsa başqaları kimi ancaq dildə demək istəyirsən?”.

Deyir: “Xeyr, həqiqətən, tövbə etmək istəyirəm”.

Buyurur: “Bizim dediyimiz tövbəni etməyə hazırsanmı?”.

Deyir: “Bəli”.

Buyurur: “Əgər mən deyən tövbəni yerinə yetirsən, Allaha and olsun ki, Allahın behiştini sənin üçün zəmanət edirəm”.

İmam Cəfər Sadiq (ə) buyurur: “O şeyi ki, Allah istəmir və hal-hazırda indi oradasan – xaric ol. Bu, tövbədir. Həsədlə olan əlaqəni kəs.

Təkəbbürün qanadlarını qayçıla. Qüruruna atəş vur. Riyadan xaric ol. İkiüzlü olmaqdan əl çək. Şəhvətdən xaric ol. Şorgözlükdən xaric ol. Haram malla əlaqəni kəs. Günahdan xaric ol”.

Fikirləşir və deyir: “Xaric oluram”.

Əbu Bəsir nəql edir ki, bir gün Kufədə həmin kişini gördüm ki, əyninə ancaq bir ərəb köynəyi geyinmişdi.

Ondan soruşdum: “Hara gedirsən?”.

Dedi: “Bir köynək axtarıram özümə. Əynimdəki bu köynək günah zamanına aiddir. Əynimdə dağdan da ağırdır”.

Deyir: "Ona bir köynək verdim və o, mənə dua etdi”.

Əbu Bəsirin dediyinə görə, bir neçə gün sonra onu xarabalıqda can verən halda tapır və o, onun qucağında can verir. Həmin insan İmamın (ə) bütün dediklərinə əməl edir.

Bəli, hər kim belə tövbə etməyi bacararsa, həqiqətən də yeri behişt olur...



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031