İnsan öz qəlbindəki dünya sevgisi ilə necə mübarizə aparsın?
Əgər insan bu dünyanın həqiqətini doğru tanıyarsa və fani olmasına qəlbi ilə inanarsa, o zaman dünya sevgisindən xilas olmağa çalışar.
Bu insan yaxşı bilər ki, əbədi həyat axirətdədir, bu dünyada deyil. Ona görə də ona ürək bağlamağı mənasız bilər. “Bu dünya həyatı bihudə əyləncədən və oyun-oyuncaqdan başqa bir şey deyildir. Həqiqətən də, Axirət evi əbədi həyatdır (onun yeri, göyü, cəmadat və nəbatatı belə) əbədilik diridir (və elə bil ki, həyatın özüdür). Kaş biləydilər!”. (“Ənkəbut” 64). Bu dünyanın sevgisindən xilas olmaq istəyənlərə bəzi tövsiyələr: - Uzun arzular qurmaqdan çəkinin. - Bər-bəzəyi çox olan məclislərdə iştirak etməkdən çəkinin. - Sadə həyat yaşamağa çalışın. - Həyatınızda ibadət proqramı olsun. - Moizə və minbərlərə qulaq asmağa çox gedin. - Mənəvi həyata malik olan insanlarla get-gəl edin. - Cənazə məclislərində iştirak edin. - Qəbir əhlini ziyarət edin. - Ölmək barəsində təfəkkür edin. Hər kim az da olsa dünyadan əlini üzmək istəyirsə, bu tövsiyələri yerinə yetirsin və dünyaya bağlanmağın ziyanları barəsində düşünsün. Allah Təbarəkə və Təala bizləri bu işdə müvəffəq qərar versin! /Deyerler.org/ Oxşar xəbərlər
|