Künyənin mənası nədir?
Mьəllif: admin1
Tarix: 12-03-2020, 22:46
Künyənin mənası nədir?
Ərəb mədəniyyətində o adlar ki, Əb və Üm adları ilə birlikdə işlənirsə, künyə adlanır.

Ərəblər künyə vasitəsilə həmin şəxsin böyüklüyünü göstərməyə çalışırlar. Misal üçün Əbul-Qasim, Əbul-Həsən...

İslam dini də bu mövzuya diqqət etmiş və künyə mədəniyyətini saxlamışdır. Ğəzali bu haqda yazır ki, Allahın Rəsulu (s) öz səhabələrinin qəlbini ələ almaq və ehtiram məqsədi ilə onları künyələri ilə çağırardı.

O kəslərin ki, künyəsi yox idi, onlar üçün künyə seçərdi. İnsanlar da həmin şəxsi həmin künyə ilə çağırardılar.

Peyğəmbər (s) hətta uşaqlar üçün belə, künyə seçərdi.

İmam Rza (ə) buyurur: “Əgər kimisə hüzurunda adı ilə çağırırsansa, onun künyəsi ilə çağır. Əgər qaib olsa (yəni, orada olmasa), adını de”.

Həzrət Peyğəmbər (s) buyurur: “Ən yaxşı sünnələrdən biri də budur ki, insan öz künyəsini oğlunun adı ilə seçsin”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031